Arxiv
23 Oktyabr 2020, 09:46 | MEDİA
Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF

Ermənistanın işğalından azad edilən Azərbaycanın yaşayış məntəqələrindəki durum çox acınacaqlıdı. Demək olar ki, düşmən daş üstə daş qoymayıb. Meyvə ağaclarını belə baltalayan bir toplumdan nə gözləyəsən?

 

Təbii ki, Azərbaycan öz torpaqlarını azad etdikcə əvvəlkindən də yaxşı abadlıq işləri aparacaq.

 

Bəs, biz necə etməliyik ki, bu erməni barbarlığı yalnız kitablarda, filmlərdə, mətbuatda deyil, həmin vəhşilikləri görmüş bölgələrdə də daim nümayiş etdirilsin.

 

Modern.az mövzu ilə bağlı Azərbaycanın tanınmış jurnalistlərindən mövqe öyrənib.

 

“525 qəzet”nin  baş redaktoru Rəşad Məcid bildirib ki, Azərbaycan bütün dünyanı heyrətləndirən yeni bir turizm mərkəzi yaradacaq:

 

“Laçın rayonunun Ağoğlan kəndindəki İsti su təbii qaynaqlardır. Bu bölgədə gözəl sanatoriyalar salınacaq. Yolboyu gözəl mənzərəli yerlərdə bizim xəyallarımızda olan mənzərəli istirahət yerləri, gözəl tarixi abidələr var. Cənab Prezidentin dediyi kimi, müharibədən sonra bölgənin vəziyyəti tamamən dəyişəcək, eyni zamanda bütün Qarabağın vəziyyəti dəyişəcək. Qarabağın gözəlliklərindən təkcə Azərbaycan xalqı deyil, bütün dünyanın sülhsevər və tarixsevər xalqları bəhrələnəcəklər. Mən də uşaqlığımı keçirdiyim yerlərə gedib arzularımı reallaşdıracam. Bəlkə də oralara köçüb yaşayacam. Bizim şəhərlərimizi, kəndlərimizi viran qoyublar. Hamısını bərpa edəcəyik”.

 

Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlı qeyd edib ki, erməni vandalizmini gələcək nəsillərə çatdırmaq üçün yeni üsul seçmək lazımdır:

 

“Düşünürəm ki, işğaldan azad edilmiş hər bir  yaşayış məntəqəsində ən azından ermənilər tərəfindən dağıdılmış bir evi olduğu kimi saxlamaq lazımdır. Həmin evə  o yaşayış məntəqəsinin işğaldan əvvəlki və dağıdılmış durumunu əks etdirən şəkillər vurulmalıdır. Kəndin başına açılan müsibətlər, sakinlər barədə məlumatlar qeyd olunmalıdır.

 

Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi zamanı vurulmuş, dağılmış hərbi texnikadan da gələcək nəsillər üçün eksponat kimi elə vurulduğu yerdə qoruyub saxlamaq lazımdır.

 

Bütün bunlar həm bölgəyə gələcək turistlər üçün informasiya mənbəyi olacaq, həm də yerli sakinlər üçün yaddaş vəsaiti. Bunlar olduğu halda istər yerli, istərsə də əcnəbi insanlara bələdçi lazım olmayacaq. Onlar hər şeyi öz gözləri ilə görəcəklər”.

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, tarixi unutmamaq üçün memorial komplekslər yaradılmalıdır:

 

“Hər rayonun mərkəzində ondan əvvəllər diyarşünaslıq, tarixşünaslıq  muzeylərimiz olub. O muzeylərdə rayonun, şəhərin işğaldan əvvəlki vəziyyəti, işğal tarixçələri göstərilməlidir ki, ora gələnlərin erməni işğalçılığı ilə bağlı təsəvvürləri yaransın. Yaxud dağıdılmış kəndlərin, yaşayış məntəqələrinin hansısa bir hissəsini dağıdılmış vəziyyətdə saxlamaq lazımdır”.

 

“Türküstan qəzeti “nin baş redaktoru Aqil Camalın fikrincə, azad olunan  şəhərlərin mərkəzində 27-30 ilik işğalları özündə əks etdirən abidələr qurulmalıdır:

 

“Bunlar elə həmin rayonlarda olan abidələrin, heykəllərin əsasında da qurula bilər. Bu hadisələr zaman-zaman Azərbaycan xalqının başına gəlib. Abidələr, heykəllər vasitəsi ilə tarixi yadda saxlamaq, həm də Azərbaycanın öz torpaqlarını hansı qanlar bahasına əldə etdiyini dünyaya göstərmək olar”.

 

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalının öz hesabına Şuşada məktəb tikiləcək - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04