Arxiv
23 Oktyabr 2020, 12:33 | MEDİA
Şuşa Televiziyası yenidən bərpa olunacaq

Azərbaycan Televiziyası radionun yaranmasından 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda televiziyanın fəaliyyət göstərməsi nadir hadisə sayılsa da, Dövlət Televiziyası Azərbaycanda yeganə TV deyildi. Bölgə televiziyası olaraq, Şuşa televiziyası da fəaliyyət göstərirdi.

 

1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan vermişdi.

 

Bir neçə il öncə Modern.az saytının təşəbbüsü ilə Şuşa televiziyasının bərpası gündəmə gətirildi. Televiziyanın Şuşadan kənarda belə olsa, fəaliyyət göstərməsinin önəmi vurğulandı. Bu təşəbbüs reallaşmasa da, gələcək üçün daha fərqli planların, təkliflərin səsləndirilməsinə zəmin rolunu oynadı.

 

Lakin indi vəziyyət tamam fərqlidir. Bu il sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, Qarabağ uğrunda döyüşlərin şiddətlənməsi tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Hələ müharibənin 27-ci günü olsa da, artıq işğal altında olan 100-dən çox kəndimiz azad olunub. Azərbaycan xalqı Şuşa, Xankəndi, Laçın və Kəlbəcərin tezliklə azad olunacağına o qədər əmindir ki, artıq doğma torpaqlarımıza qayıdacağımız günlə bağlı planlar qururuq. Bu məqamda Şuşa Televiziyasının bərpası da yenidən gündəmə gəlir və bununla bağlı indidən planlar qurulması yerinə düşərdi.

 

Bu barədə Modern.az-a danışan Şuşanın icra başçısı Bayram Səfərov da Şuşa Televiziyasının yenidən fəaliyyət göstərməsini zəruri hesab edir. İcra başçısı qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanı və işğaldan azad olunan bütün ərazilərimizi daha gözəl şəkildə bərpa edəcək:

 

“Doğma torpaqlarımızda əvvəlki kimi gözəl şəhərlər, qəsəbələr salınacaq. İş yerləri açılacaq, təhsil, səhiyyə sıfırdan qurulacaq. Əvvəlkindən qat-qat yaxşı şəraitin olacağına əmin ola bilərsiniz. Doğma şəhərim Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz qarabağlılar da bütün quruculuq işlərində var gücümüzlə çalışacağıq.

 

Şuşada bütün infrastruktur obyektlərinin fəaliyyəti üçün imkan var. Mən hesab edirəm ki, vaxtilə böyük maraqla izlənən Şuşa Televiziyasının da bərpası mütləqdir. Azad olunandan sonra Qarabağ bölgəsi hər kəsin diqqət mərkəzində olacaq. Burada baş verən hadisələrin, görülən işlərin, yeni xəbərlərin bütün dünyaya duyurulması üçün televiziyanın olması vacibdir. Televiziyanın işə başlaması yeni iş yeri kimi də böyük diqqət cəlb edəcək. Düzünü desəm, Şuşa Televiziyasında çalışan jurnalistləri, əməkdaşları o qədər də xatırlamıram. Kimlər həyatdadır, bilmirəm. Çünki hazırda heç kimlə yaxın əlaqəm yoxdur. Amma bizim çox gözəl aparıcılarımız, jurnalistlərimiz, operatorlarımız var idi. Hətta 20 Yanvar faciəsi zamanı hamı AzTV-nin dağıdılması xəbərini Şuşa Televiziyasından almışdı. İndiki məqamda televiziyanın əməkdaşları da yenidən ora qayıdanda öz işlərini davam etdirə bilərlər. Güman edirəm ki, Şuşa Televiziyası yenidən bərpa olunacaq”.

 

Bayram Səfərov Şuşanın açıq bir muzey şəhəri olduğunu hesab edir:

 

“Orada 270-dən çox obyekt mədəniyyət abidəsi kimi qeydə alınıb. Ermənilər torpaqlarımızdan tariximizi, izlərimizi silmək üçün hər şeyi talan ediblər. Fikrimcə, bütün tarixi abidələrimiz, muzeylər,  qəbiristanlıqlar, məscidlər, tarixi əhəmiyyətli binalar, xatirə niyyətinə salınan bulaqlar – hər şey bərpa olunacaq”.

 

Aysel Aslan
Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15