Arxiv
25 Oktyabr 2020, 08:14 | QARABAĞ
Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. 

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. 

 

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

 

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub. 

 

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

 

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

 

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

 

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün Şuşada “Xarıbülbül” festivalı başlayır 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28