Modern.az

Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..."

Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa...

Aktual

25 Oktyabr 2020, 09:16

“Təbii ki, bu kifayət qədər mürəkkəb məsələdir. Biz realist olmalıyıq. 30 ilə yaxın yığılmış problemin həlli bir görüşlə mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olunmasının tərəfdarıdır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Azərbaycan tərəfi mütləq şərt yoxdursa, hərbi əməliyyatların aparılmasını irəli sürmür:

 

"Hesab edirəm ki, ABŞ rəsmiləri ilə keçirdiyimiz bütün göruşlərdə Azərbaycan tərəfinin həqiqətlərini çatdırmağa həm əsasımız, sözümüz var, həm də mövqeyimiz ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik”. ("Report")

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı