Modern.az

Həkim çatışmazlığı olan rayonlarla bağlı yeni qərar

Həkim çatışmazlığı olan rayonlarla bağlı yeni qərar

Aktual

Bu gün, 12:30

TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi resursların səmərəli bölüşdürülməsi istiqamətində təhlillərə başlayıb.

Modern.az xəbər verir ki, bunu TƏBİB-in media subyektlərinin nümayəndələri ilə qeyri-formal mühitdə açıq dialoq görüşü çərçivəsində TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda regionlarda səhiyyə xidmətinin təşkili, xüsusilə də həkimlərin bölgələrə cəlb olunması istiqamətində geniş təhlillər aparılır.

“İlk növbədə, ilkin səhiyyə xidmətinin təşkili modelinin formalaşdırılması üzərində işləyirik. Bu yanaşma müəyyənləşdikdən sonra həkimlərin yerləşdirilməsi və miqrasiyası məsələləri üzrə mərhələli addımlar atılacaq. Artıq bununla bağlı analizlərə başlanılıb və konkret tədbirlər görülür. Ümid edirəm ki, ilin sonunadək icbari tibbi sığorta sisteminin əhatəsində müəyyən dəyişikliklərin şahidi olacağıq”.

R.Hüseynov qeyd edib ki, məqsəd yalnız həkim çatışmazlığı olan ərazilərə mütəxəssis göndərmək deyil, mövcud insan resurslarını ehtiyaca uyğun və səmərəli şəkildə bölüşdürməkdir.

“Hazırda Bakıda və regionlarda həkim təminatı, çatışmazlıq və artıqlıq olan sahələr təhlil edilir. Elə tibb müəssisələri var ki, həkim fəaliyyət göstərsə də, müraciət edənlərin sayı az olduğundan onların potensialından tam istifadə olunmur. Buna görə də məsələyə yalnız “həkim çatışmır, ora həkim göndərək” prinsipi ilə yanaşmaq düzgün deyil”.

İcraçı direktorun müavini onu da əlavə edib ki, həkimlərin yerləşdirilməsi ilə bağlı qərarlar əhalinin tibbi xidmətə real tələbatı və xidmətin səmərəliliyi nəzərə alınmaqla veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!