Modern.az

Azərbaycan nefti sürətlə ucuzlaşır - 76 dollara düşdü

Azərbaycan nefti sürətlə ucuzlaşır - 76 dollara düşdü

İqtisadiyyat

Bu gün, 12:34

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,38 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,23 % azalaraq 76,38 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!