Modern.az

İranın 1 nömrəli hakeri də öldürülübmüş

İranın 1 nömrəli hakeri də öldürülübmüş

Dünya

25 İyun 2026, 12:23

İranın ABŞ ilə bu ilin fevralından başlayan münaqişədə açıqlanmayan daha bir itkisi üzə çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün yayılan məlumata əsasən, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) tərkibinə daxil olan "Xandala" haker qruplaşmasının komandiri Yəhya Hüseyni Fancehinin İrandakı müharibə zamanı keçirilən əməliyyat nəticəsində zərərsizləşdirildiyi məlum olub.

Xatırladaq ki, ABŞ ilə İran arasında qarşıdurmaların aktiv mərhələsi aprel ayında başa çatmışdı, hazırda tərəflər arasında 60 günlük atəşkəs rejimi mövcuddur.

 

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi