Arxiv
28 Oktyabr 2020, 01:00 | AKTUAL
Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Korespondenten.cafe” jurnalist klubunda Azərbaycan Respublikasının bu ölkədəki səfiri Ramin Həsənov və Ermənistanın Almaniyadakı səfiri Aşot Sumbatyanın mətbuat qarşısında debatı təşkil olunub.

 

Modern.az xəbər verir ki, tədbirin aparıcısı, “Korespondenten.cafe” jurnalist klubunun rəhbəri Evald Köniq ilkin olaraq giriş nitqi ilə çıxış etmək üçün səfirlərə söz verib. Daha sonra səfirlər jurnalistlərin suallarını cavablandırıblar.

 

Səfir Ramin Həsənov artıq 1 aydan bəri Azərbaycan torpaqlarında müharibənin getdiyini bildirib. Qeyd edib ki, təqribən 30 il bundan əvvəl Ermənistan güc yolu ilə Azərbaycan torpaqlarının 20%-ini zəbt edib və orada etnik təmizləmə aparıb. Münaqişə ilə bağlı 1993-cü il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub, amma məcburi xarakter daşıyan bu qətnamələr icra olunmayıb. Həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 il yaxın aparılan danışıqlar uğurlu nəticə verməyib. Bu illər ərzində Ermənistana yetəri qədər təzyiq göstərilmədiyi üçün bu ölkə nəinki zəbt etdiyi torpaqları işğal altında saxlamağa, eyni zamanda ölkəmizə qarşı verbal və əməli provokasiyalar etməyə cəsarət edib. Səfir bu xüsusda Ermənistanın Baş naziri Paşinyanın hakimiyyəti dövründə ölkəmizə qarşı ard-arda edilən təxribatlar barədə məlumat verib və onun “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vurğulayıb.

 

Səfir əlavə edib ki, 27 sentyabrda Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribata nəhayət Azərbaycan Ordusu əks-hücumla cavab verib və işğal olunmuş torpaqları azad etməyə başlayıb. Nəticədə təmas xətti və status-kvo tamamilə ləğv olunub. Bu müddətdə Ermənistan tərəfi Azərbaycanın mülki obyektlərini hədəfə alıb və edilən hücumlar nəticəsində çoxsaylı mülki şəxs həlak olub. 10 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə ballistik raketlərlə edilmiş hücumlar nəticəsində uşaqlar da daxil olmaqla ümumilikdə 25 mülki şəxs həyatını itirib.

 

Azərbaycan diplomatı münaqişəyə dair erməni təbliğatının yaydığı yalanlara toxunub. Dağlıq Qarabağın guya Azərbaycana Stalin tərəfindən verilməsi, bölgənin keçmiş SSRİ-nin qanunvericiliyi çərçivəsində Azərbaycandan ayrılması kimi tarixi yalanları faktlarla ifşa edib. Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmə prinsipinin əslində erməni tərəfindən sui-istifadə edildiyini, bu prinsipin Dağlıq Qarabağdakı ermənilərə şamil edilməsinin mümkün olmadığını, bölgənin erməni icmasının Azərbaycanda yaşayan digər milli azlıqların istifadə etdikləri hüquqlarla təmin edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

 

Səfir həmçinin hazırki hərbi əməliyyatlarla bağlı yayılan qeyri-obyektiv və uydurma məlumatlardan bəhs edib. Ermənistanın guya Azərbaycanla yanaşı Türkiyə ilə də müharibə aparması iddiasına toxunub. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Amma bu ölkə münaqişənin iştirakçısı deyil və Azərbaycan hərbi əməliyyatları öz gücünə həyata keçirir. Ramin Həsənov eyni zamanda Azərbaycanda guya Yaxın Şərqdən muzdluların döyüşməsi barədə iddianın absurd olduğunu, buna dair indiyədək bir dənə də olsa sübutun təqdim edilmədiyini vurğulayıb. Qeyd edib ki, bütün bu mifləri Ermənistan tərəfi hərbi əməliyyatlarda Azərbaycana məğlub olmasına bəraət qazandırmaq üçün yayır.

 

Səfir həmçinin hərbi əməliyyatlarda Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki obyektləri nişana alması və ya qadağan olunmuş silahlardan istifadə etməsi barədə xəbərlərə də toxunub. Qeyd edib ki, bu məlumatlar reallığa uyğun deyil. Azərbaycan hərbi əməliyyatlar başlayandan bölgənin erməni mülki əhalisinə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırış edib. Ermənistan tərəfi isə Azərbaycanın hətta cəbhəyanı bölgədə yerləşməyən yaşayış məntəqələrinə məqsədli şəkildə hücumlar edir, mümkün qədər çox mülki şəxsi qətlə yetirməyə çalışır. Ermənistan tərəfindən törədilmiş insanlığa qarşı müharibə cinayətləri nəticəsində bugünə qədər 65 mülki şəxs həyatını itirib.

 

R.Həsənov eləcə də münaqişənin həlli imkanlarından danışıb. Qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq öz ərazi bütövlüyünü bərpa edir. Ermənistan işğala könüllü şəkildə son qoymaqla qan tökülməsinin qarşısını ala bilər. Səfir bildirib ki, işğalçı qüvvələrin çıxarılmasından sonra azərbaycanlı məcburi köçkünlər geri qayıtmalı, işğalçı qüvvələr tərəfindən viran edilmiş məntəqələr bərpa edilməlidir. Azərbaycan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının dinc və təhlükəsizlik şəraitində birgəyaşayışını təmin etməyə hazırdır.

 

Səfir beynəlxalq birliyin atəşkəsə çağırmaqla yanaşı, işğala son qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməsinin vacib olduğunu bildirib. O, Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini qeyd edib, eyni zamanda bu ölkəni Ermənistana beynəlxalq hüquqa əməl etməsi üçün təsir etməyə çağırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq 28 Noyabr 2020, 18:10 Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü 28 Noyabr 2020, 17:58 "Qızıl Xaç"dan TƏBİB-ə tibbi yardım ianəsi 28 Noyabr 2020, 17:51 Azərbaycanda koronavirusa 1 gündə 4200-dən çox insan YOLUXDU 28 Noyabr 2020, 17:23 Prezidentin köməkçisi Ağdam stadionunda futbol oynadı - VİDEO 28 Noyabr 2020, 17:16 Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib 28 Noyabr 2020, 17:13 Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı 28 Noyabr 2020, 17:05 Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir   28 Noyabr 2020, 17:00 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 28 Noyabr 2020, 16:52 Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ 28 Noyabr 2020, 16:46 "Qarabağ"ın futbolçuları Ağdam məscidində namaz qıldı 28 Noyabr 2020, 16:30 Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq 28 Noyabr 2020, 16:21 Hikmət Hacıyev, xarici diplomatlar və "Qarabağ" klubu Ağdamda... - FOTOLAR 28 Noyabr 2020, 15:50 Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək 28 Noyabr 2020, 15:25 İranda 391 nəfər koronavirusdan ölüb 28 Noyabr 2020, 15:15 İqtisadi Şurada azad olunmuş ərazilərlə bağlı MÜZAKİRƏLƏR 28 Noyabr 2020, 15:03 Dünyanın dəhşətli koronavirus STATİSTİKASI 28 Noyabr 2020, 14:51 Füzulidə koronaviruslu xəstə qanunu pozdu 28 Noyabr 2020, 14:46 Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ 28 Noyabr 2020, 14:42 Məğrur duruşlu Azərbaycan ANASI... 28 Noyabr 2020, 14:40 Ermənistanlı əsgər anaları övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR 28 Noyabr 2020, 14:35 “Vətəndaş Ruslan Quliyev polis təzyiqinə məruz qalmayıb” - TƏKZİB 28 Noyabr 2020, 14:29 Abşeronda və Bakıda koronaviruslu xəstələrə cinayət işi açıldı 28 Noyabr 2020, 14:22 Qənirə Paşayeva şəhid Xəyal Şəkərovdan YAZDI 28 Noyabr 2020, 14:01 Yerevanda əsgər anaları növbəti aksiya keçirir 28 Noyabr 2020, 13:53 Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB 28 Noyabr 2020, 13:41 Gəncədə koronavirusla mübarizə tədbirləri davam edir 28 Noyabr 2020, 13:40 Deputatdan TƏKLİF: “Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik” 28 Noyabr 2020, 13:31 Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır 28 Noyabr 2020, 13:18 DİN Sumqayıtın polis rəisi ilə bağlı yayılan məlumatı təkzib etdi 28 Noyabr 2020, 13:06 44 gündə 16 min mərminin atıldığı ŞƏHƏR 28 Noyabr 2020, 12:55 Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib 28 Noyabr 2020, 12:44 Sabahın hava proqnozu açıqlanıb 28 Noyabr 2020, 12:33 Aqil Abbas Ağdamı ziyarət etdi 28 Noyabr 2020, 12:26 OPEK+ neft hasilatı ilə bağlı yeni qərar verdi 28 Noyabr 2020, 12:23
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?