Modern.az

Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir”

Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir”

28 Oktyabr 2020, 09:36

“Artıq bir aydır ki, şərəfsiz, terrorçuluqda tayı-bərabəri olmayan ermənilərin Azərbayacana qarşı etdiyi namərdcəsinə hücumu, qüdrətli Azərbaycan Ordusunun apardığı ədalətli müharibə uğurlarını mən də sıravi bir vətəndaş kimi səbirsizliklə izləyirəm. Ay ərzində işğal altında inləyən tarixi torpaqlarımızın azad olunması istiqamətində bütün döyüş əməliyyatları, qazanılan qələbələr ürəyimizdəndir, daha doğrusu, ürəyimizdən tikan çıxarır”.

 
Bu sözləri Modern.az-a tanınmış jurnalist Aytəkin Alxaslı deyib:


“Bir ay ərzində 4 şəhərin, 150-dən artıq kəndin erməni işğalından azad olunması  Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuzun şanlı, zəfər salnaməsindən xəbər verir”.

 
A.Alxaslı qeyd edib ki, sentyabrın 27-dən bu günə kimi Prezident İlham Əliyevin xalq ilə birbaşa ünsiyyətinin, dövlət-xalq-Ordu birliyinin canlı şahidi oluruq.

“Ali Baş Komandanımızın xalqa birbaşa müraciətləri, çıxış və tvit-ləri məndə qürur hissi yaratdı.


Ölkə başçımızın oktyabrın 26-da xalqa müraciətini də çox maraq və diqqət ilə izlədim. Qubadlı şəhərinin və bir neçə yaşayış məntəqəsinin düşməndən azad olunması sevincini xalqla bölüşən Prezidentimiz son bir ay ərzində xarici jurnalistlərə verdiyi müsahibələrdən və ona ünvanlanan qərəzli, təxribatyönlü suallardan da danışdı. “Sual vermir, bizi ittiham edir. Elə bil prokurordur”  - deyən Prezidentimizi dinləyərkən mənim də könlümdən İlham Əliyevdən müsahibə almaq keçdi.

Amma arxa cəbhədə apardığımız informasiya müharibəsində Ali Baş Komandanın xarici mətbuata müsahibələri indiki zaman üçün daha gərəklidir. Çünki Prezident bu müsahibələrdə Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırır...

Qarabağda tam qələbəmiz təmin olunanda Ali Baş Komandanımızın yerli jurnalistlərə də müsahibə verəcəyinə inanıram. Qismət olsa, mən də həmin vaxt cənab Prezidentə bir sual vermək istəyərəm. İnşallah, o günü səbrsizliklə gözləyirəm”.

 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...