Modern.az

80 jurnalist Xankəndində qalıb? - Hikmət Hacıyev “Sərhədsiz reportyorlar”ın iddiasına CAVAB VERDİ

80 jurnalist Xankəndində qalıb? - Hikmət Hacıyev “Sərhədsiz reportyorlar”ın iddiasına CAVAB VERDİ

5 Noyabr 2020, 16:12

“Sərhədsiz reportyorlar” təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlamasına
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev münasibət bildirib.

Modern.az xəbər verir ki, H.Hacıyev deyib:

“Bununla əlaqədar bildiririk ki, Xankəndi ilə Ermənistan arasındakı “Laçın dəhlizi”ni bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək, yolu bağladığını bildirmişdi”.

“Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə “Laçın dəhlizi” vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”,- H.Hacıyev əlavə edib.  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...