Modern.az

İşğaldan azad edilmiş ərazilərdə radio və televiziyalar üçün infrastruktur qurulacaq - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə radio və televiziyalar üçün infrastruktur qurulacaq - AÇIQLAMA

6 Noyabr 2020, 12:32

İşğaldan azad edilmiş ərazilərdə radio və televiziyaların fəaliyyətə başlaması üçün infrastruktur qurulmalıdır.


Bunu Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Fazil Novruzov bildirib.

 

F.Novruzov qeyd edib ki, prosedur torpaqlarımızın tam olaraq, işağaldan azad edilməsindən sonra başlanacaq:

 

“Dağıdılmış yerlərdə infrastrukturun bərpası bir günlük məsələ deyil. Ona görə də hər şey gedişata uyğun həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə radio və televiziya açılacağı təqdirdə, bu barədə rəsmi elan veriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu