Arxiv
11 Noyabr 2020, 12:24 | ÖLKƏ
Prezidentin köməkçisindən Fransaya ETİRAZ: Ermənilərdən daha çox erməni olmağa cəhd göstərir

Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür.

 

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir.

 

Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur.

 

ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir.  Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir.

 

Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır.   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
NATO Gürcüstana dəstəyini gücləndirəcək 2 Dekabr 2020, 23:39 Tonoyan “dqr”in “müdafiə naziri” barədə Azərbaycana məxfi məlumat sızdırıb... 2 Dekabr 2020, 23:25 Fransada məscid təhqir edildi 2 Dekabr 2020, 23:10 Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO 2 Dekabr 2020, 22:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06 Dolların sabaha olan MƏZƏNNƏSİ 2 Dekabr 2020, 18:00
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?