Arxiv
12 Noyabr 2020, 09:30 | PARLAMENT
Deputatlar Xankəndində yaşamaq istəyərlərmi?..

Sentyabrın 27-dən başlayan İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmən ağ bayraq qaldıraraq təslim oldu. Nəhayət, 30 ildir bu günü gözləyən Azərbaycan xalqı üçün bu qələbə əsl sevinc, qürur mənbəyi oldu. Prezident İlham Əliyev qələbə münasibətilə çıxışı zamanı bildirdi ki, işğaldan azad olunmuş torpaqlarda bütün infrastruktur dövlət tərəfindən yenidən qurulacaq, abadlıq işlərindən sonra qaçqın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qaytarılacaqlar. 


Azərbaycan dövlətinin bundan sonrakı strategiyalarından biri sözsüz ki, Xankəndi şəhərində rəsmi üsul-idarəni bərpa etmək, eləcə də vaxtilə oradan didərgin salınan soydaşlarımızı öz yerlərinə qaytarmaq olacaq.

Maraqlıdır, deputatlara təklif olunsa, Xankəndində yaşamağa gedərlərmi?


Modern.az
 saytının əməkdaşı “Xankəndidə yaşamaq istəyərsinizmi” sualı ilə Milli Məclisin bir neçə deputatına müraciət edib. Onlardan bəziləri suala konkret cavab verdi, bir qismi isə sualdan yayındı. Belə görünür ki, millət vəkillərinin heç də hamısı Xankəndində yaşamağa hazır deyil...


Deputat Aqil Abbas


“Torpaq, iş verilsə, niyə də yaşamayım. Orada yaşamağım ermənilərə göz dağı olar. Erməni bizim orda yaşamağımızdan qorxsun, təşviş keçirsin”.


Deputat Siyavuş Novruzov


“Azərbaycan vətəndaşı həmin bölgədə sərbəst yaşaya bilər. Həmçinin orada yaşayacaq ermənilər də Azərbaycan vətəndaşı olacaqlar. Cənab prezidentimiz qeyd edib ki, o ərazidə vaxtı ilə yaşamış ermənilər rahat  şəkildə yaşaya bilərlər. Onların təhlükəsizliyinə qarantiya verilir. O cümlədən oradan məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları da yenidən el-obalarına qayıda bilərlər”.


Deputat Cavid Osmanov


“İlk növbədə xalqımızı, dövlətimizi təbrik edirəm. Cənab prezidentimizə təşəkkür edirəm ki, bu günləri bizə yaşatdı. Azərbaycan Ordusu torpaqlarımızışükür olsun ki, çox qısa müddət ərzində işğaldan azad etdi. Biz dövlətimizə sadiqliyimizi hər zaman nümayiş etdirmişik. Dövlət nə məsləhət görürsə, onu etməyə hazırıq”.


Deputat Şahin Seyidzadə
:


“İşğaldan azad olunmuş torpaqlarımızla bağlı artıq bir hədəfimiz var: əzəli torpaqlarımızı yenidən dirçəltmək, inkişaf etdirmək. Bu hədəfə də öz torpaqlarımıza geri qayıdaraq, həmin əraziləri inkişaf etdirməklə nail olacağıq. Bu məqsədin reallaşması ilə birmənalı olaraq bizim torpaqlarımızdaməskunlaşacaq ermənilərə göstərəcək ki, işğalçı siyasətin əksinə olaraq, Azərbaycanın mövqeyi daima çoxmillətlilik və uzunmüddətli sülhün təmin edilməsi istiqamətindədir. Münaqişə dövründə və həlli istiqamətində istər ölkə rəhbərliyi tərəfindən, istər diplomatik, istərsə də hərbi istiqamətdə görülən işlərlə Azərbaycan öz sözünü deməkdədir. Həmvətənlərimiz isə öz növbəsində işğaldan azad olunan ərazilərə geri dönərək orada olan həyatı yenidən canlandırmaqla, qarşı tərəfə bir daha inkişafı, dirçəliş və tərəqqini sübut edəcək. Hər birimiz Xankəndi və işğaldan azad olan digər bütün ərazilərdə orada ermənilərin yaşayıb-yaşamamağından asılı olmayaraq, həmin ərazilərdə yaşamağa hazır olmalıyıq. Beləliklə,ermənilərin 30 il ərzində işğal etdiyi ərazilərdə etmədiyini, biz öz doğma torpaqlarımıza geri qayıdaraq edəcəyik”. 




Fidan İlqarqızı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək   11 Aprel 2021, 14:02 Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlara Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33