Modern.az

“Prezident elə bir addım atdı ki...” - Səməd Seyidov Qarabağakı sülhməramlı missiyanın rolundan DANIŞDI

“Prezident elə bir addım atdı ki...” - Səməd Seyidov Qarabağakı sülhməramlı missiyanın rolundan DANIŞDI

12 Noyabr 2020, 14:50

Qarabağa dair üçtərəfli Bəyanatla bağlı Türkiyə mətbuatı ilə Rusiya mətbuatının verdiyi məlumatlarda zidd fikirlər var. Bəs bu fikirlərdən gerçək olan hansıdır?


Mövzu ilə bağlı Modern.az-a açıqlamasında deputat Səməd Seyidov bunları bildirib:


“Bütün ali rəhbərlərin fikirlərini götürsək, görərik ki, ciddi fikir ayrılığı yoxdur. Əksinə, Müdafiə nazirləri arasında müqavilələr imzalandığını gördük. Azərbaycan Respublikasının Prezidenti birbaşa Rusiya Federasiyasının Prezidentilə danışanda  Türkiyənin rolunu və fəaliyyətini münaqişənin tənzimlənməsində konkret olaraq göstərib. Rusiya Prezidenti çıxışlarında Rusiya-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması haqqında danışıb. Hesab edirəm ki, Rusiyanın rəsmi mövqeyi ilə Rusiya mediasında olan fikirləri üst-üstə qoymaq olmaz. Təəssüflər olsun ki, Rusiya mediasının kimin istiqamətləndirdiyini bilirik. Bu xəbərlər birbaşa rəhbərliyin fikirlərini əks etdirmir. Bəzi siyasətçilər belə Rusiya mediasında müxtəlif çaş-baş fikirlər söyləyirlər. Bu təbbidir. Çünki 30 il müddətində erməni lobbisi onlar arasında elə fəaliyyət göstərib ki, siyasətçiləri də ələ alıb, öz tərəfinə çəkib. Bunlara rəğmən bilməliyik ki, artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən tamamilə başqa reallıq və geosiyasi mənzərə yaradılıb. Bu reallıq isə konkret olaraq başqa həqiqətləri gündəmə gətirir”.


S.Seyidov qeyd edib ki, Qarabağdakı sülhməramlı missiya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində iki ölkənin təhlükəsizliyini qorumaq üçün yaradılıb:


“30 il müddətində natamamlıq içərisində yaşayan millət 44 günə öz natamamlığını tamamlıya bilməz. Narahatlıq da bundan irəli gəlir. Biz qalib gələn bir xalq olduğumuz halda axıra kimi öz qalibiyyətimizi dərk edə bilməyəcəyik.

Bir qrup insan müəmmalı, çaş-baş halda həm özləri-özlərinə, həm də başqalarına sual verərək, Rusiyanın sülhməramlı missiyasının təhlükəli olub-olmadığını, Türkiyənin yeri və mövqeyini soruşur. Bu məsələni hər gün yüz dəfə təkrarlamaq lazımdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub. Ona görə də bu sülhməramlı missiya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində iki ölkəni  təhlükəsizlik nöqteyi-nəzərdən ayıran missiya kimi qiymətləndirilməlidir. Buna ciddi nəzarət edilməlidir.

Bəzi ağzıgöyçəklər deyir ki, biz axıra qədər gedib, erməninin kökünü kəsməliyik. Bu fikirlərin içərisində böyük bir xəta var. İkinci soyqrımı məsələsini dünyada qaldırmaq üçün erməni bunu gözləyirdi. İstəyərdi ki, rusu da, fransızı da, amerkanlını da Azərbaycanın üstünə qaldıraraq, öz əli ilə yox, dünyanın əli ilə Azərbaycanı məhv etsin. Bunun qarşısını almaq üçün cənab prezident elə bir addım atdı ki, bizim qalibiyyətimizi dünya tərəfindən tanımamaq mümkün deyil. Dünya Azərbaycan xalqını tanıyacaq.

Biz bu məsələləri insanlarımıza uzun müddət izah eləməliyik. İşğaldan əziyyət çəkən faktiki əlil bir dövlət kimi dirçəlib, sağala bildik. Üstəlik 30 ilin xəstəliyindən sonra 44 günə dirçəldik. Azərbayca dünyada da özünü göstərir”.

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!