Modern.az

Türkiyə parlamentinin Azərbaycanla bağlı sənədi müzakirə edəcəyi saat AÇIQLANDI

Türkiyə parlamentinin Azərbaycanla bağlı sənədi müzakirə edəcəyi saat AÇIQLANDI

Aktual

17 Noyabr 2020, 12:36

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın  Azərbaycanla bağlı Böyük Millət Məclisinə göndərdiyi sənəd bu gün Bakı vaxtı ilə saat 16-00-da  müzakirəyə çıxarılacaq”.

Bu barədə Modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Türkiyəli deputation sözlərinə görə, çox güman ki, Türk əsgərinin Qarabağa göndərilməsini nəzərdə tutan sənəd sənəd müzakirələrdən sonra təsdiq olunacaq.
 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi dünən Böyük Millət Məclisinə göndərib.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir