Modern.az

Çin husilərlə gizli danışıqlar aparıb

Çin husilərlə gizli danışıqlar aparıb

Dünya

Bu gün, 01:03

Çin Qırmızı dənizdə neft tədarükünü qorumaq məqsədilə Yəməndəki husi hərəkatı (“Ənsar Allah”) ilə birbaşa danışıqlar aparıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Bildirilib ki, Pekin husilərin Səudiyyə Ərəbistanı limanlarına gedən gəmilərə məhdudiyyət tətbiq edəcəyini açıqlamasından sonra Bab əl-Məndəb boğazından Çin neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək üçün onlarla birbaşa təmas qurub. 

“Reuters”in mənbələrinin bildirdiyinə görə, Çin husilərlə hər bir tanker reysi üzrə ayrıca razılaşma əldə edib, tərəflər isə əldə olunan razılaşmalar barədə İranı da məlumatlandırıblar. Məhdudiyyətlər elan edildikdən sonra Səudiyyə Ərəbistanından Çinə neft daşıyan azı dörd tanker Bab əl-Məndəb boğazından təhlükəsiz keçib. 

Agentliyin məlumatına əsasən, Çin Səudiyyə Ərəbistanının Yanbu limanından xam neft tədarükünün fasiləsiz davam etməsində maraqlıdır.

Sizə yeni x var
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?