"Ölkədə yeni səfərbərlik elan ediləcəyi ilə bağlı yayılan məlumatları həqiqəti əks etdirmir".
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
O, deyib ki, bu cür şayiələr seçkilər ərəfəsində təxribat sayılır.
“Onlar ölkəmizdə vəziyyəti gərginləşdirməyə, cəmiyyətdə mənfi əhvali-ruhiyyə yaratmağa çalışırlar. Məsələn, sosial şəbəkələrdə vətəndaşları “Səfərbərliyi gözləmə, pul müqabilində xidmətə yazıl” şüarı ilə müqaviləli hərbi xidmətə çağıran paylaşımlar yayılır. Aydındır ki, bu, ya pulla təşkil olunmuş kampaniyadır, ya da düşmən tərəfindən məqsədli şəkildə yayılan dezinformasiyadır”, – Medvedev bildirib.