İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşünün onların indiyədək olan bütün ünsiyyətləri ərzində ən yaxşılardan biri olduğunu bildirib.
Modern.az xəbər veirr ki, Baş nazirin sözlərini "The Times of Israel" nəşri sitat gətirib.
Qeyd edək ki, Ağ evin Oval kabinetində Tramp və Netanyahunun görüşü təxminən saat yarım davam edib.
"Bu, dostumuz ABŞ Prezidenti Trampla ən yaxşı söhbətlərdən biri idi. Bu, tam əməkdaşlıq ruhunda, qarşılıqlı dəstəklə, ortaq məqsədin - İranın nüvə silahına malik olmasına imkan verməməyin dərk edilməsi ilə keçən bir görüş idi", - İsrailin Baş naziri qeyd edib.