Modern.az

İran Ukraynadan kompensasiya tələb etdi

İran Ukraynadan kompensasiya tələb etdi

Dünya

29 İyul 2026, 01:53

İran Ukraynadan gəmi ilə bağlı baş vermiş insident nəticəsində dəyən zərərin ödənilməsini tələb edib.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri insidentin qəsdən törədilmədiyini və Kiyevin vəziyyəti gərginləşdirmək niyyətində olmadığını ona çatdırıb.

“Ukraynanın xarici işlər naziri məni əmin etdi ki, İran gəmisinə hücum qəsdən edilməyib və Ukrayna eskalasiyaya can atmır. İran da gərginliyin artmasını istəmir. Lakin biz açıq şəkildə bildirdik ki, vətəndaşlarımıza və ya maraqlarımıza qarşı istənilən hücum qəbuledilməzdir. Dəyən zərərin mütləq şəkildə kompensasiya olunması təmin edilməlidir”, - deyə Əraqçi vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi