Modern.az

Bu il 411,6 min nəfərə sosial müavinət təyin olunub

Bu il 411,6 min nəfərə sosial müavinət təyin olunub

17 Noyabr 2020, 16:24

2020-ci il oktyabrın 1-i vəziyyətinə 411,6 min nəfərə sosial müavinətlər təyin olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, yaşa görə müavinət alanların sayı 99,6 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə - 183,8 min nəfər, ailə başçısını itirməyə görə - 45,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 56,1 min nəfər, digər müavinət növlərini alanların sayı isə 26,4 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 249 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 7,6 min ailəsinə 12,5 min uşaq üçün aylıq müavinət verilib.

 

Bundan əlavə, 2101 nəfər bir 1 yaşınadək uşağı olan 2092 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 9,0 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 377 şəxsə isə kompensasiya verilib.

2020-ci ilin doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 54,1 min ailəyə 55,4 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,3 min nəfərə birdəfəlik müavinətlər verilib. Ailənin 316,5 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 56 manat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər