Modern.az

Kəlbəcərli ziyalı: “Ermənilər Kəlbəcəri ona görə yandırırlar ki...”

Kəlbəcərli ziyalı: “Ermənilər Kəlbəcəri ona görə yandırırlar ki...”

Hadisə

18 Noyabr 2020, 11:46

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan 15 noyabr 2020-ci ilədək Kəlbəcər rayonunu Azərbaycana qaytarmalı idi. Amma ermənilərin rayonu tərk etməsi üçün verilən vaxt onların istəyilə noyabrın 25-dək uzadılıb. Görünən odur ki, ermənilər Kəlbəcərdə daha bir neçə gün qalmaq, daha çox talan, barbarlıq törətmək üçün vaxt udmağa çalışırlar. İşğal olunmuş ərazilərdə lentə alınmış videokadrlardan da görünür ki, ermənilərin daha çox yaraladığı, viran qoyduğu rayon Kəlbəcərdir.

 

Bu barədə Modern.az-a danışan kəlbəcərli jurnalist Hidayət Elvüsal bildirib ki, işğaldan əvvəl Kəlbəcər ermənilərin yaşamadığı yeganə yerdir:

 

“Məskunlaşma yalnız işğaldan sonra olub. Ona görə də ermənilər olanları bizə bağışlaya bilmirlər, həzm edə bilmirlər qalibiyyətimizi, Kəlbəcəri bizə qaytarmaq istəmirlər”.

 

H.Elvüsal qeyd edib ki, ermənilər tarixən azərbaycanlıların qapısında işləyib:


“Kəlbəcər Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən bölgədir. Bunlar ömür boyu bizim qapımızda işləyiblər, fəhləlik ediblər. Onlar Kəlbəcər kimi gözəlliyi əldən vermək istəmirlər. Çünki onlar ermənidir. Erməni ifadəsinin izahı yoxdur, o özündə hər cür pisliyi, hər cür murdarlığı, hər cür vəhşiliyi ehtiva edir. Təsadüfdən “Ermənilik faşistlikdən də pisdir” demirlər. Bunun başqa cür izahı yoxdur. Ermənilik faşistlikdən də daha aşağı bir şeydir.

Kəlbəcərdə “Arzuxatun” məbədi var. Ermənilər rayonu tərk edəcəkləri üçün orda ağlaşırlar ki, gedirik, on metr aşağıda da evləri yandırırlar. Baxın bu, ermənilikdir. Fransa prezidenti Emmanuel Makronda da ermənilik var. Ermənilərin satın aldığı televiziyalarda belə şeylərə rast gəlinir. Onlar ermənilik edirlər. Neyləsən də, beş barmağını bal edib versən də, erməni razı qalan deyil, erməni paxıl millətdir”.

 


Jurnalist deyib ki, Qafqazda ermənilər kimi ikinci bir millətə rast gəlmək mümkün deyil:


“Qafqazda kişiklik var, sən öl var, mən ölüm var. Ermənilər isə Qafqaza gəlmə olduqları üçün buranın yazılmamış qaydalarına tabe ola bilmirlər, erməniliklərindən əl çəkmirlər”. 

 

H.Elvüsal qeyd edib ki, işğal altındakı torpaqlardan çıxacaq bütün ermənilərin yolu Kəlbəcərdən keçəcək:

“Bu Kəlbəcərin coğrafiyası ilə bağlıdır. Hazırda böyük köçlə bağlı Kəlbəcər yolunda tıxac yaranıb. Onlar baxırlar Kəlbəcərin daşının-qayasının gözəlliyinə oradan çıxmaq istəmirlər, dayana bilməyib rayonu yandırırlar. O yanğın erməninin içindəki yanğından azdır. Ermənilər o qədər yanırlar ki, çarəni içlərindəki atəşi məhz Kəlbəcərdəki yanğınla söndürməyə çalışırlar. Bu yaradıqlar gözəlliyi bizə bağışlaya bilmir. Gedişat da bir daha təsdiqləyir ki, onların dənizdən dənizə yaratmaq istədikləri hökmranlıq unitazdan unitaza imiş”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir