Modern.az

“Bunun alternativi yalnız müharibədir” - Putindən Ermənistana XƏBƏRDARLIQ

“Bunun alternativi yalnız müharibədir” - Putindən Ermənistana XƏBƏRDARLIQ

20 Noyabr 2020, 22:30

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın icrasını ləngitmək istəyən insanlar başa düşməlidirlər ki, bunun alternativi yalnız müharibədir.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı iclasda bildirib.

 

O qeyd edib ki, belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq.

 

“Hər kəs bunu dərk etməlidir və öz-özünə bununla bağlı hesabat verməlidir”, - deyə Putin bildirib.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir