Modern.az

Sabahın havası: yağış, külək...

Sabahın havası: yağış, külək...

Aktual

22 Noyabr 2020, 12:19

 

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 23-də Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir  yağış yağacağı  gözlənilir.  

 

Modern.az xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 767 mm civə  sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq.

 

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar  yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə  duman olacaq.

 

Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6,  gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə  şaxta olacaq.  

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır