Arxiv
22 Noyabr 2020, 23:21 | AKTUAL
Güləş millimizdə koronavirusa kütləvi YOLUXMA

Sərbəst güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.

 

Modern.az "report"a istinadla xəbər verir ki, bunu yığmadan götürülmüş COVID-19 testinin nəticəsi göstərib. Bildirilir ki, yoluxanlar sırasında məşqçilərdən Arif Abdullayev, Oyan Nəzəriani, Rövşən Umudov, Rövşən Hacıyev, Ağahüseyn Mustafayev, güləşçilərdən isə Turan Bayramov da var. Bundan başqa yığma üzvü olmayan güləşçilərin də testi müsbət çıxıb.

 

Fakt üzə çıxdıqdan sonra komandanın hazırlıq keçdiyi təlim-məşq bazasında məşqlər dayandırılıb.

 

Yoluxmalara səbəb kimi əsas heyətlə birgə yeniyetmə və gənclərdən ibarət heyət üzvlərinin də kütləvi məşqlərdə iştirakı göstərilir.

 

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyası məsələ ilə bağlı açıqlama yayıb.

 

Bildirilir ki, noyabrın 20-də növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb:

 

"Federasiyamız pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığmaların məşqlərinə ara verilib. Yalnız iyundan milli komandalara məşqlərə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir. Nəzərinizə çatdıraq ki, güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur".

 

Qeyd edək ki, daha əvvəl yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov vəfat edib. Azərbaycan Güləş Federasiyası ölümə səbəb kimi uzun sürən xəstəliyi göstərsə də, mərhumun yaxınları onun koronavirusdan dünyasını dəyişdiyini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Uşaqları lazımsız yerə repetitor yanına göndərirlər” - Nazirdən irad 5 Dekabr 2020, 22:43 MOSSAD İranın “atom bombasının atası”nı 27 il izləyib 5 Dekabr 2020, 22:28 Türkiyədə lider büdrədi, “Qalatasaray” zirvəyə şərik çıxdı 5 Dekabr 2020, 22:12 Çində partlayış - onlarla ölən var 5 Dekabr 2020, 21:58 Paris qarışdı - maşınlar yandırlır, mağazalar talan edilir 5 Dekabr 2020, 21:42 Koronavirus qripdən necə fərqlənir? 5 Dekabr 2020, 21:28 Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir 5 Dekabr 2020, 21:15 Kürdəmirdə maşın aşdı 5 Dekabr 2020, 21:00 Parisdə gərginlik - etirazçılar polisi daşa tutdu 5 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 5 Dekabr 2020, 20:35 Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi 5 Dekabr 2020, 20:19 Akar Türkiyə silahlarının Qarabağ müharibəsinə təsirindən DANIŞDI 5 Dekabr 2020, 20:04 Nələr gizlədər döyüşçü ürəyi... 5 Dekabr 2020, 19:36 Bakıda çoxmərtəbəli bina yandı - 12 nəfər təxliyə olundu 5 Dekabr 2020, 19:22 Müxalifət Paşinyana istefa üçün vaxt verdi 5 Dekabr 2020, 19:15 Sarkisyan Paşinyanı xain adlandırdı 5 Dekabr 2020, 18:16 Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO 5 Dekabr 2020, 17:52 İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncədə - FOTOLAR 5 Dekabr 2020, 17:37 Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır” 5 Dekabr 2020, 17:26 Kəlbəcərin füsunkar təbiəti FOTOLARDA 5 Dekabr 2020, 17:10 İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?