Modern.az

Jurnalist Seymur Verdizadəyə ağır itki üz verdi

Jurnalist Seymur Verdizadəyə ağır itki üz verdi

Allah rəhmət eləsi̇n

24 Noyabr 2020, 12:34

Tanınmış jurnalist, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadəyə ağır itki üz verib. Modern.az-ın məlumatına görə, jurnalistin əmisi Akif Verdizadə bu gün səhər dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Akif Verdizadənin oğlu Qarabağ müharibəsində şəhid olmuşdu.

A.Verdizadə Azərbaycan Ordusunun son vaxtlar Qarabağda apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın, o cümlədən doğulduğu Cəbrayıl rayonunun işğaldan azad olunması xəbərini eşidərək, qarışıq hisslər keçirmiş, həyəcandan infarkt olmuşdu.

Allah rəhmət eləsin…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır