Arxiv
26 Noyabr 2020, 12:30 | PARLAMENT
Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..  

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Fransa Senatının qəbul etdiyi qərarı belə şərh edib.

 

Deputat Modern.az-a açıqlamasında deyib ki, Fransa Senatında qəbul edilən dünənki qərarının tarixi analogiyası belədir:

 

1. İkinci dünya müharibəsinin nəticələrini Almaniya qəbul edib, generallar gəlib təslimçilik aktına qol çəkib, lakin hansısa 3-cü dövlət onu tanımaq istəmir.İndi 2-ci Qarabağ müharbəsinin nəticələrini Ermənistan dövləti, parlamenti və hətta xalqı da qəbul edib, lakin Senat deyir ki, yox, Ermənistan Ermənistan deyil, bizik Ermənistan!

 

2.Senatın 25 noyabr tarixli addımı hüquqi-siyasi nəticələrindən asılı olmayaraq, 33 il əvvəl yenə də Fransada Humenite jurnalında Abel Aqanbekyanın Qarabağı Ermənistana birləşdirmək çağırışına dair mənfur məqaləsi ilə eyni mahiyyəti daşıyır.Həmin planın iki xalq arasında hansı miqyasda düşmənçiliyə gətirib çıxardığını hamı gördü!

 

3.Müharibənin 1 dekabrdakı nəticələrinə görə Azərbaycan hərbi və siyasi yolla işğal altındakı torpaqlarının 80-faizini tam azad etmiş bir duruma nail olur.10 noyabr razılaşmasına görə yerdə qalan Azərbaycan torpaqlarında da suveren haqlarımızın gerçəkləşməsi üçünplan hazırdır.Beləliklə, Senatın müstəqilliyi tanıma tövsiyyəsi faktiki olaraq, 2-ci Azərbaycan dövlətini tanımaq cəhdi sayıla bilər.Çünki yaxın gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağda əhali sayına görə Hadrutda, Xocavənddə, Ağdərədə və Şuşada yerləşərək digər ünvanlardakı bir ovuc erməni azlığından sayca çoxluq təşkil edəcəklər!Ona görə də Fransa 2-ci Azərbaycan dövləti təsis etmək istəyir.

 

4.Ali Baş Komandan bəyan etdi ki, o Azərbaycana edilən təzyiqlərin miqyası haqqında bəzi sirləri gələcəkdə aça bilər.Şübhə yoxdur ki, bağlı qapılar arxasında Fransa dövlət başçısının cavabı ən sərt və qətiyyətli bir şəkildə verilib.İndi prezidentdən sonra növbə bütün dövlət strukturlarının, parlementin və bütün dünya azərbacanlılarındır.

 

5.Dağlıq Qarabağın müstəqliiyini Kosovo kimi tanımaq üçün ortada olan reallığın balkanlardan fərqi haqqında yüzlərlə arqument gətirmək olar.Tək bir səbəbi desək yetərlidir-gərək biz onda on minlərlə mülki ermənini öldürmüş olaydıq.Senatın qərarı erməniləri qətlə sürükləyən bir hökmdür.Qarabağı karta çevirənlərin əllərindən çıxan alətə görə qəzəbi, hiddəti başadüşülləndir.

 

6.Senatın qərarı Strasburqun demokratiyaya bürünmüş sifətini və bizə on illərdən bəri azadlıq gətirmək istəyənlərin də iç üzünü açır.Dünən o qərara səs verənlər sabah bizim demokratiya, mətbuat azadlığı və məhbuslarla bağlı danışanda onların ərazi bütövlüyümüzə qəsd edənlər olduğunu unutmayın!

 

7.Fransa arxivlərində Paris Sülh Konfransının materialları durur.Sabiq prezident Fransua Oland Azərbaycanın qədimliyinin fransız səyyahları tərəfindən necə tədqiq olunduğundan ağız dolusu danışırdı.Nəhayət, Senat üzvləri Sent Klu məzarlığında uyuyan Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin və lap elə Şarl dell Qolla çiyin-çiyinə vuruşan Əhmədiyyə Cəbrayılovun ruhundan utansınlar-Axı Paris Sülh Konfransı Azərbaycanın müstəqiliyini tanıyanda bizim ərazilərimiz 114 min kv.km idi.

 

8.Azərbaycanın cavab reaksiyası necə olmalıdır-müxtəlif təkliflər var-bilirsiz ki, ölkəmizdə Fransa unuversiteti, məktəbi, ayrıca fakültəsi, 2 milyard avro dəyərində iqtisadi-ticari sazişlər var.Bilməliyik ki, Fransa kompaniyaları siyasətçilərin girovu deyil, əksinə onlarla, fəal iş rejimində çalışmalıyıq, o cümlədən müxtəlif patiyalar, siyasi mərkəzlərə, lobbi birliklərilə gündəlik rejimdə işləməyi davam etdirməliyik.Emosional addımları da kimsə ata bilər, lakin biz sistemli fəaliyyətimizlə dünyada belə qərarın nümunəyə çevrilməsinin qarşısını almalıyıq! Bəli, 30 il də ömrümüz Hərbi Zəfərimizi müdafiədə keçəcək!Bu Azərbaycanın taleyidir! 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54