Modern.az

Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO

Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO

Aktual

26 Noyabr 2020, 13:15

 

Şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasında və şəhərin simasının daha da gözəlləşməsində yaşıllaşdırmanın mühüm əhəmiyyətini nəzərə alaraq şəhər icra hakimiyyəti  tərəfindən yaşıllıqların genişləndirilməsi işləri bütün il boyu həyata keçirilir. 

 

Modern.az xəbər verir ki, hazırda şəhərin ayrı-ayrı küçələrində, çoxmənzilli yaşayış binalarının qarşısında, yol kənarlarında yaşıllaşdırma işlərinə başlanılıb. Bu məqsəd ilə şəhərin müxtəlif  ərazisində  müxtəlif növ ağac - eldar şamı, çinar, şəhərin dairələrində dekorativ kollar ümumilikdə 1000-dən artıq ağac əkilib.

 

Ağacəkmədə iştirak edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, kurort şəhərinin sakinlərinin, həmçinin buraya gələcək yerli və xarici turistlərin məmnunluğunun təmin edilməsi üçün şəhər ərazisində son bir il ərzində 10000-dək ağac, kol və güllər əkilib, bundan sonra da  yaşıllaşdırma işləri intensiv olaraq davam etdiriləcək.

 

Qeyd edək ki, bütün işlər xüsusi karantin rejimi qaydalarına riayət edilməklə həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir