Modern.az

Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ

Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ

Dünya

28 Noyabr 2020, 14:42

Dünya birliyi 44 gün davam edən İkinci Qarabağ Müharibəsinin nəticəsində imzalanan Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin birgə bəyanatını dəstəklədi. Bütün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Qafqazda müharibənin bitməsi və Azərbaycan torpaqlarının işğaldan azad olunmasından məmnunluq ifadə etdilər. Mövcud situasiyadan yeganə narazı tərəf məlub Ermənistan olduğu halda özünü Ermənistanın bacısı adlandıran Fransa bütün dünyaya zidd mövqe sərgiləməyə davam etdi. Hər vəchlə işğalçıya dəstək verməyə davam edən Fransa meydanda tək qalsa belə, haqsız və əsassız mövqeyini hələ də sərgilməməkdədir.

 

Bəs maraqlıdır, Fransanın kiçik və təcavüzkar dövlət kimi tanınmış Ermənistana görə bütün dünyaya meydan oxumasının səbəbi nədir?

Bu barədə Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyevin sözlərinə görə, Fransanın bu cür mövqeyinə başlıca erməni lobbisi, Fransada yaşayan erməni icmasıdır:

 

“Hətta 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistana qarşı qətnamələri müzakirəyə çıxaranda Fransanın Şuradakı nümayəndəsi Merimer prosesə mane olmağa çalışırdı. Qətnamənin mətnində Ermənistanı tənqid edən bəndlərin yer almasını Fransa istəmirdi. Maraqlıdır ki, sonralar həmin şəxs BMT-nin İraqa ayırdığı ərzaq proqramı ilə bağlı rüşvətxorluqda ittiham edilib.

Fransanın erməni icması ilə əlaqələri ənənəvi formada davam edir”.

 

Fransanın Türkiyəyə qarşı qərəzli münasibətinin olmasını da diqqətə çatdıran Fərid Şəfiyevin sözlərinə görə, Türkiyə Azərbaycanın müttəfiqi olduğuna görə rəsmi Paris hər iki türk dövlətini qəbul edə bilmir:

“Fransanın Türkiyəyə qarşı münasibətində gərginlik var. Ona görə bu dövlət Ermənistanı dəstəkləməklə həm Türkiyəni, həm də Azərbaycanı qəbul etmədiyini bir daha bəyan edir”.

 

BMTM sədrinin fikrincə, Fransa hələ də post-müstəmləkə və post-kolonial siyasətindən əl çəkməyib:

"Fransa özünü dünyada qlobal dövlət kimi göstərmək istəyir, buna görə də müxtəlif məsələlərə müdaxilə edir. Lakin bu dövlətin rəhbərliyi anlamalıdır ki, etdiyi müdaxilə yersizdir. Fransa birmənalı olaraq, Minsk qrupunda vasitəçi rolunu oynayır. Başqa əsaslı rolu yoxdur".

 

Aysel Aslan

Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır