Modern.az

Əfqanıstanda partlayış: 26 əsgər öldü

Əfqanıstanda partlayış: 26 əsgər öldü

29 Noyabr 2020, 13:15

Əfqanıstanın Qəzni şəhərində partlayış baş verib, nəticəsində  26 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə 1TV telekanalı məlumat yayıb.

 

Bildirilir ki, qurbanların və yaralananların hamısı Əfqanıstan ordusunun əsgərləridir.

 

İlkin məlumata görə, Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partlayıcı ilə dolu avtomobil partlayıb. Qeyd edilir ki, partlayışdan əvvəl atışma olub.

 

Əfqanıstanın bu bölgəsində fəaliyyət göstərən ekstremist qrupların heç biri baş verənlərə görə məsuliyyəti hələ öz üzərinə götürməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər