Modern.az

Azərbaycan-Türkiyə birgə universiteti yaradılmalıdır - TƏKLİF

Azərbaycan-Türkiyə birgə universiteti yaradılmalıdır - TƏKLİF

Təhsil

1 Dekabr 2020, 15:44

Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir.

 

Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsuil müəssisəsi yaradıla bilərmi?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında buna böyük ehtiyac olduğunu bildirib.

 

Onun sözlərinə görə, hazırda Türkiyədə 15 min azərbaycanlı gənc ali təhsil alır:

 

“Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir.

 

Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var”.

 

Təhsil eksperti Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu qeyd edib:

 

“Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir.

 

İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair danışıqlar olacaq və müsbət həll olunacaq. Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı