Arxiv
2 Dekabr 2020, 19:42 | AKTUAL
Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat

Məlum olduğu kimi Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Beləliklə, Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 gün ərzində siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi: “Məhz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə işğalçı ölkəni sonda təslim aktını imzalamaq zorunda qoydu. Bu baxımdan qeyd etməliyəm ki, dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamıdır. Vətən müharibəsində işğalçı ölkə ordusuna vurulan sarsıdıcı zərbələr, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı. Belə ki, Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı”.

Azərbaycan ordusununu bəhs edilən dövrdə məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi  texnikanın qiymətinin bir neçə milyard dollar olduğunu deyən Vüqar İskəndərov bildirib ki, bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir: “Cənab Prezidentin də bəyan etdiyi kimi artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasına gəlincə məlumat üçün bildirim ki, 44 günlük Vətən müharibəsi zamanı işğalçı Ermənistana məxsus 53 tank əleyhinə vasitə, 4 “Smerç”, 97 “Qrad”, 2 “Uraqan”, 1 “YARS”, 1 TOS odsaçan, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası, 1“Oborona” radiolokasiya stansiyası, 5 “TOR” zenit-raket kompleksi, 40 “Osa” zenit-raket kompleksi, 4 “KUB” zenit-raket kompleksi, 1 “KRUQ” zenit-raket kompleksi , 14 zastava, 2 “S-125” zenit-raket kompleksi, 22 pilotsuz uçuş aparatları,  2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi,  1 ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələri, 2 “R-142” komanda qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyası, 4 “Reppelent” radio-texniki maneə vasitəsi, 28 “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 315 müxtəlif çaplı top, 63 minaatan, 10 xüsusi avtomobil, 7 komanda məntəqəsi, 11 sursat anbarı, 287 tank , 69 piyadaların döyüş maşını , 5 “Su-25” təyyarəsi, 252 yük avtomobili məhv edilib. Eyni zamanda 5“Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 37 müxtəlif çaplı top, 62 minaatan, 93 xüsusi avtomobil, 178 qumbaraatan , 10 traktor, 5 “Şilka” zenit qurğusu, 1380 atıcı silah, 79 tank, 47 piyadaların döyüş maşını, 270 yük avtomobili hərbi qənimət kimi götürülüb”.

 

Açıqlamasında bir vacib məqama da toxunan deputat qeyd edib ki, bütövlükdə azad edilmiş bölgələrin, o cümlədən Laçın rayonunun iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür:

 

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Laçın rayonunun aqrar, sənaye və turizm resursları ilə bağlı təhlilındə də qeyd olunduğu kimi Laçın rayonunda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4457 min ton) və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2533 min kubmetr), mişar daşı istehsalına yararlı Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5125 min kubmetr), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min kubmetr) yataqları və istismar ehtiyatları 430 min kubmetr/gün olan Minkənd mineral su yataqları var. Bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, 2 daş karxanası fəaliyyət göstərib. Bu bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas inkişaf amili tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq. Laçın rayonunun bir sıra investisiyatutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yeri fermerlər üçün əlavə imkanlar yaradır. Bundan başqa Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyi ilə seçilib. Dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması Laçın rayonun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Qarabağın yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq. Bir sözlə, cənab Prezidentin bəyan etdiyi kimi ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini MÜZAKİRƏ EDƏCƏK 26 Yanvar 2021, 10:42 Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29