Modern.az

Vətən uğrunda gözəl ömür - Şəhid Həsən Ayvazov

Vətən uğrunda gözəl ömür - Şəhid Həsən Ayvazov

16 Dekabr 2020, 15:38

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Həsən Ayvazovdan yazıb.

 

21 avqust 2000-ci il tarixində Tovuzun Çatax kəndində doğulub. 2006-cı ildə Şəhid Vaqif Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbinə daxil olub, 2015-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib və təhsilini Hacılar kənd tam orta məktəbində davam etdirib. 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedən Həsən, Tərtər rayonunda “N” saylı hərbi hissədə xidmət edib.

O, Quru Qoşunlarında xidmət edirdi, vəzifəsi manqa komandiri, rütbəsi çavuş olub.

2020-ci ilin may ayinda həqiqi hərbi xidmətini başa vuran Həsən, Azərbaycan Respublikasinin Prezidenti, Ali Baş Komanda cənab İlham Əliyev qismən səfərbərlik elan edincə, könüllü olaraq, cəbhəyə yazılıb və 05 oktyabr 2020-ci il tarixdən Vətən Müharibəsinə qoşulub.

İşğalçıların ölkəmizdən qovulması, torpaqlarımızın azad olunması uğrunda ağır döyüşlərdə iştirak edib Həsən. Həsən 22 noyabrda, növbəti döyüşlərin birində şəhid olub.

Şəhidimiz doğulub boya-başa çatdığı kənddə torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə,

ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçulardan biri kimi “Vətən uğrunda” medalı ilə təltif edilib.

Həsən adı: yaxşı (davranan), yaxşılıq (edən), mehriban (olan), gözəl, gözəllik anlamlarını daşıyır. – Yaxşı oğul, mehriban dost və Vətən uğrunda döyüşdə şəhadət şərbəti dadan gözəl ömür...

RUHU ŞADDIR (İnşallah)!

VƏTƏN SAĞ OLSUN!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir