Modern.az

Deputatdan bəzi qadınlara etiraz: “Gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz”

Deputatdan bəzi qadınlara etiraz: “Gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz”

Təhsil

30 Dekabr 2020, 12:56

“Avropada təhsil almaqla deyil. Bəzi qadınlar özünü Avropa düşüncəsinin daşıyıcısı hesab edir və ona görə də orada nə gördünsə Azərbaycanda da onu təqlid etmək olar. Bunlar yolverilməzdi”.

 

Modern.az  xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə deyib. O qeyd edib ki, gender bərabərliyi əxlaqsızlığın təbliği deyil:

 

“Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz. Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılmasıdır. Təəssüf ki, bəzi feminist qadınlar elə hesab edir ki, bərabərlik məsuliyyətsizlik, kişinin üzərində hökmranlıq etməkdir. Xeyr, tam əksidir. Cəmiyyətin, onun kiçik bir subyekti olan ailənin inkişafı, müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyəti daşımaqdır. Hesab edirəm ki, hər bir Azərbaycan qadını bunun fərqindədir. İstər kişi olsun, istər də qadın, nümayişkəranə şərab içməklə, siqaret çəkməklə,, oturmaq tərzini dəyişməklə, açıq-saçıq geyimlərlə gender bərabərliyi olmur. Gender bərabərliyini dəyər səviyyəsinə qaldırmaq lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır