Modern.az

“Məsələni deputat səviyyəsində müzakirə edək” - Sahibə Qafarova

“Məsələni deputat səviyyəsində müzakirə edək” - Sahibə Qafarova

Parlament

30 Dekabr 2020, 13:02

“Bir qızı 5 kişi istəyir. Ancaq qız razılıq vermədən onunla evlənmək olmaz. O özü həmin şəxslər arasından seçim edir. Bu ona Tanrı tərəfindən verilmiş üstünlükdür”.


Modern.az xəbər verir ki, bunu vitse-spiker Fəzail İbrahimli parlamentdə çıxış edərkən deyib. O qeyd edib ki, gender bərabərliyini süni sürətdə yaratmaq olmaz:


“Seçkili orqanlarda bu təbii seçim olmalıdır. Biz deyə bilmərik ki, qadınları seçin. Əgər buna demokratik proses kimi yanaşırıqsa. Elm sahəsində bu belədir. Kimin savadı varsa, o elm sahəsində yüksəlir. Gender siyasəti əsasən qadınların hüquqlarının pozulması istiqamətində olmalıdır. 13 yaşında qızın ərə verilməsi məsələsi aktual olmalıdır. Bu sahə hüququ pozulmuş qadınların hüquqlarını bərpa etməkdən ibarətdir. Gender bərabərliyini süni surətdə dəyişmək də olmaz. Gender siyasəti ilə gender bərabərliyini qarışdırmaq olmaz”.

 

Sədr Sahibə Qafarova bildirib ki, gender siyasəti çox yüksək səviyyədədir:

 

“Düşünürəm ki, biz məsələni deputat səviyyəsində müzakirə edək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır