Arxiv
2 Yanvar 2021, 12:54 | DİASPOR
Tanınmış musiqiçi dünya ictimaiyyətinə müraciət etdi

 

Fransa Ali Musiqi Akademiyasının direktoru, Azərbaycanın Əməkdar artisti, BMT-nin sülhməramlı səfiri Adilə Əliyeva dünya ictimaiyyətinə açıq məktubla müraciət edib.

 

Fransada 30 ildir yaşayan azərbaycanlı pianoçu bildirib ki, hətta qlobal pandemiya belə Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunması ağrısını azaltmağa qadir deyildi. "30 illik işğal bir milyon qaçqının və müxtəlif milliyyətdən, dindən olan Azərbaycan əhalisinin – rusların, ermənilərin, yəhudilərin, ləzgilərin və başqalarının qan yaddaşında yer alan ali ədalətə inamını məhv edə bilməyib".

 

Müəllif ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürüldüyü, Ermənistanın bütün beynəlxalq normaları kobudcasına pozaraq Azərbaycan torpaqlarını işğal etdiyi, dəhşətli müharibə cinayətləri törətdiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq taktikası və qələbə strategiyası, ordumuzun qəhrəmancasına savaşması nəticəsində ölkəmizin Zəfər qazanaraq, BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirdiyi barədə ətraflı məlumat verib.  

 

BMT-nin sülhməramlı səfiri bildirib ki, 30 illik işğal ərzində Azərbaycanın mədəni irsinə böyük ziyan vurulub, tarixi və dini abidələri (həm müsəlman, həm də xristian) məhv edilib, dağıdılıb, təhqir edilib, islam və xristianlığın qanunları, şərəfi və qaydaları kobudcasına pozulub. "Ermənistan uzun illər ərzində Azərbaycanın tarixi və mədəni irsini mənimsəyirdi, hər xalqın tarixi-mədəni dəyərlərinin müdafiəsi haqqında YUNESKO konvensiyasını pozurdu".

 

Tanınmış sənətkar digər ölkələrin mədəniyyət və incəsənət təmsilçilərini Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ziyarət etməyə, erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını görməyə dəvət edib. Müsəlman Şərqində, məhz Azərbaycanda ilk demokratik respublikanın qurulduğunu, qadına səsvermə hüququnun verildiyini, ilk operanın, baletin, operettanın yarandığını xatırladan sənətkar bütün ölkələrin və xalqların sülhməramlı səfirlərini müstəqil dövlətimizin əldə etdiyi sülhün qorunması üçün öz töhfələrini bəxş etməyə çağırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53