Modern.az

Bakıda çoban iti qəzaya səbəb oldu - FOTO

Bakıda çoban iti qəzaya səbəb oldu - FOTO

Aktual

4 Yanvar 2021, 22:38

Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər avtomobil altında qalıb.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, çoban iti zəncirlərini qırıb sahibinin evindən qaçaraq şosseyə çıxıb. Bu zaman onu Hidayət Məmmədovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi vuraraq bir neçə metr irəliyə doğru sürüyüb. Qəza nəticəsində  avtomobil yararsız hala düşüb. 

 

Bu vaxt həmin istiqamətdə olan motosiklet sürücüsü qəzaya uğramış avtomobili görüb qəfil manevr edib. Manevr zamanı eyni istiqamətdə olan “Opel” markalı avtomobil motosikletə çırpılıb. Daha sonra motosikletin sürücüsü “Opel”in altında qalıb. Hadisə şahidlərinin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. 

 

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?