Arxiv
7 Yanvar 2021, 18:10 | MEDİA
Əflatun Amaşov: “Rusiya qabrelyanovları ayağına bağlasın” - ETİRAZ

“Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfəri üzərində dayanaraq bildirdi ki, heç bir xarici ölkənin vətəndaşı Azərbaycandan icazəsiz Dağlıq Qarabağa yollana bilməz. Dövlət başçımız bu halların təkrarlanacağı təqdirdə sərt tədbirlərin görüləcəyinə dair xəbərdarlıq da etdi”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.


Ə.Amaşov “WarGonzo” layihəısinə diqqət çəkib:

“Belə bir media layihəsi var, adı hər birinizə yaxşı məlumdur – “WarGonzo”. Layihənin rəhbəri Azərbaycan tərəfindən axtarışa verilmiş Semyon Peqovdur. Hər kəs 44 günlük müharibə müddətində onun jurnalistika adına çıxardığı meymunluqları da yaxşı xatırlayır.

Maraqlıdır ki, Peqovun “WarGonzo”su Ermənistanda Azərbaycana qarşı əsas informasiya mənbəyi kimi götürülür. Hətta bəzi ermənilər bəzən hiddət və qəzəblərini da onun üstünə yıxırlar. Təxminən belə - harda “WarGonzo” varsa, orda Ermənistana qarşı bəla var. Haqlıdırlar. Amma...”.

Şura sədri xatırladıb ki, materiallarının tam əksəriyyətinin təxribat xarakteri daşıdığı “WarGonzo”nun belə demək mümkünsə, xaç atası erməni Aram Qabrelyanovdur.

“Peqov məhz onun qabağında quyruq bulayır. O Aram Qabrelyanov ki, “İzvestiya” qəzetinin və Rusiyanın digər tanınmış kütləvi informasiya vasitələrinin sahibidir, tanınmış media maqnatıdır.

Bir sıra mənbələr Aram Qabrelyanovun özünün Kremlin layihəsi olduğunu iddia edirlər və bildirirlər ki, Qabrelyanov göstərişləri birbaşa yuxarılardan alır. Bunu söyləmək üçün kifayət qədər ciddi əsaslar var. Hələlik onları bir kənara qoyuram...

Onu da nəzərə alaq ki, bu günün özündə də “WarGonzo” Qarabağla bağlı təxribat xarakterli materiallar yaymaqda davam edir. O materiallar nəinki Azərbaycanın ərazi bütövlüyünü saya salmır, habelə Rusiyanın bölgədəki sülhyaratma missiyasına zərbə vurur.

Məhz bu layihəyə görə Rusiya söz və ifadə azadlığı ilə sülhyaratma missiyası arasındakı seçimini birincinin xeyrinə etmək niyyətindədirsə, buyursun. Əks halda qabrelyanovları ayağına bağlasın.

Rusiya düşünməlidir ki, onun demokratik dəyərlərə hörmət baxımından dünyadakı imici onsuz da korlanıb. Yəni heç kəs inanmayacaq ki, Moskva Qarabağda göbəyi kəsilmiş “WarGonzo”nun üstünə yumşaq desəm, təpinə bilməz.

Rusiya onu da düşünməlidir ki, Qarabağda ədalətli şəkildə sülhün fövqündə dayansa, dünyada bu istiqamətdə indiyədək qazanmadığı nüfuzu qazana bilər. Yəni bunun üçün az da olsa şansı var. Təəssüf ki, o şansın zorlandığını daha çox müşahidə edirik. Elə “WarGonzo”nun timsalında da.

Biz isə xarici ölkə vətəndaşlarının Qarabağa qeyri-qanuni səfərlərindən söz açırıqsa və buna sərt mövqeyimizi ifadə ediriksə, “WarGonzo”nun bölgədə indi yalnız mövcudluğunu vurğuladığı “mənbələrinə” qarşı da barışmaz münasibət ortaya qoymalıyıq. Bu “mənbələrin” təmizlənməsi Qarabağın meşələrinə səpələnmiş silahlı erməni tör-töküntülərinin təmizlənməsi qədər vacibdir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50 Sahara səhrasına qar yağdı – FOTO 21 Yanvar 2021, 15:45 Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb 21 Yanvar 2021, 15:40 Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı 21 Yanvar 2021, 15:34 “Universitetlər  dövlət və cəmiyyətin arxasınca sürünür” - Rektor 21 Yanvar 2021, 15:28 Eldar Quliyevin kitabı türk dilində nəşr olundu 21 Yanvar 2021, 15:22