Modern.az

Əli Hüseynlidən İcra hakimiyyətlərinə TƏKLİF

Əli Hüseynlidən İcra hakimiyyətlərinə TƏKLİF

Parlament

8 Yanvar 2021, 13:32

“Cənab prezidentin müharibə iştirakçıları və şəhid ailələrinin problemləri ilə məşğul olan şöbələrin İcra Hakimiyyəti orqanları yanında açılması ilə bağlı qərarı çox təqdirəlayiqdir”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli  İcra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasına münasibət bildirərkən deyib.


Birinci vitse-spikerin sözlərinə görə,  hazırda bütün dövlət orqanları ilə yanaşı, parlamentdə də edilən müraciətlərə baxılır və mümkün olan dəstək göstərilir:


“Eyni zamanda, İcra Hakimiyyətlərində ixtisaslaşmış xüsusi  şöbənin olması çox vacibdir. Müharibə uğurla başa çatdıqdan sonra çox fərqli müraciətlər də olur. Bütün cəmiyyətin və dövlət orqanlarının borcu o məsələləri araşdırıb dəstək vermək və kömək etməkdən ibarətdir”.

Əli Hüseynli vacib bir məqama da toxunub:

“Onu da qeyd etməliyəm ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən hərbçilər (bura hərbi akademiyalarda oxuyan hərbçilər də daxildir) arasında kifayət qədər savadlı və ali təhsilli mütəxəssislər mövcuddur. Məhz həmin  şəxslərdən bu şöbələrin formalaşdırılması zamanı kadr kimi istifadə olunması məqsədəmüvafiq olardı”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi