Modern.az

Qorbaçov Qarabağdan DANIŞDI: “Qalib və məğlub tərəf olmalı deyil”

Qorbaçov Qarabağdan DANIŞDI: “Qalib və məğlub tərəf olmalı deyil”

11 Yanvar 2021, 11:31

Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçov Qarabağ münaqişəsinə toxunub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu gün Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüş barədə gözləntilərini bölüşüb. 


“Ümid edirəm ki, Rusiya kömək edə biləcək. Amma əsas rol münaqişə tərəflərinin üzərinə düşür. Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı danışıq aparmağı üzərlərinə götürüb. Nizamlanma hər iki tərəfin maraqları çərçivəsində, qalib və məğlub tərəf olmadan baş tutmalıdır”.

 

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin 10 noyabr üçtərəfli razılaşmasının bəndlərini reallaşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Moskvada danışıqlar aparacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi