Arxiv
13 Yanvar 2021, 21:58 | AKTUAL
İlham Əliyevin Moskvadakı açıqlamaları İtaliya mətbuatında

İtaliyanın “Il Giornale”, “Askanews”, “Agenzia Nova”, “Politicamente Corretto”, “Yahoo Finanza”, “KmetroO” kimi kütləvi informasiya vasitələri 11 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdən sonra Prezident İlham Əliyevin mətbuat açıqlamalarına geniş yer veriblər.

 

Modern.az xəbər verir ki, məlumatlarda Prezident İlham Əliyevin bundan sonra regionun davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün keçirilmiş üçtərəfli görüşün vacibliyini vurğuladığı, imzalanmış bəyanatın tərəflərin niyyətlərinə dəlalət etdiyi və hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndinin nəqliyyat kommunikasiyalarının bərpasına aid olduğunu dediyi bildirilir.

“Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”, deyə Azərbaycan dövlət başçısının fikirləri qeyd olunur.

 

Yazılarda Prezident İlham Əliyevin  9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanatın uğurla həyata keçirildiyi, bu Bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyi, Rusiya sülhməramlı missiyasının öz işini səmərəli şəkildə yerinə yetirdiyi və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmadığını bildirdiyi vurğulanır. “Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”, deyə Prezident İlham Əliyevin fikirlərinə istinad olunur.

 

Yazılarda, eləcə də 11 yanvar üçtərəfli görüşündən sonra tərəflər arasında imzalanmış bəyanatın mətninə yer verilir, habelə ötən ilin 27 sentyabr tarixində Ermənistan və Azərbaycan arasında başlanmış müharibə nəticəsində Azərbaycanın 25 ildən artıq müddət ərzində Ermənistanın işğalı altında olan əraziləri üzərində öz suverenliyini bərpa etdiyi, Moskvada imzalanmış sənədin regionda atəşkəsdən davamlı və əsl sülhün əldə edilməsi istiqamətində önəmli addım olduğu və bütün bölgədə nəqliyyat, kommunikasiya və tranzit xətlərinin açılması üçün əhəmiyyət kəsb etdiyi bildirilir. Məqalələrdə, habelə ötən həftə Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək infrastruktur layihələri barədə danışdığı və “Qarabağda cənnət yaradacağıq” dediyi də qeyd olunur.

 

Sözügedən yazılara aşağıdakı keçidlər vasitəsilə baxmaq mümkündür:

 

https://www.ilgiornale.it/news/mondo/nagorno-karabakh-lazerbaijan-si-impegna-nella-ricostruzione-1916294.html 

https://www.politicamentecorretto.com/2021/01/12/presidente-ilham-aliyev-il-conflitto-del-nagorno-karabakh-e-un-ricordo-del-passato-e-dobbiamo-pensare-al-futuro/    

http://www.askanews.it/esteri/2021/01/12/nagorno-karabakha-aliyev-il-conflitto-%c3%a8-gi%c3%a0-ricordo-del-passato-pn_20210112_00304/     

https://it.finance.yahoo.com/notizie/nagorno-karabakha-aliyev-il-conflitto-103057279.html

https://kmetro0.it/2021/01/12/nagorno-karabakh-aliyev-il-conflitto-e-un-ricordo-del-passato-pensiamo-al-futuro/

https://www.agenzianova.com/a/5ffc6e46e9f0e3.90564205/3264698/2021-01-11/nagorno-karabakh-presidente-azerbaigiano-intesa-9-novembre-viene-rispettata-concretamente 

https://www.agenzianova.com/a/5ffc6e46e9f5f1.63759346/3264665/2021-01-11/nagorno-karabakh-presidente-azerbaigiano-sblocco-collegamenti-trasporto-soddisfa-interessi-di-tutti

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39 Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı 20 Yanvar 2021, 20:26 Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı 20 Yanvar 2021, 20:12 ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət etdi 20 Yanvar 2021, 20:04 Fransada məhbuslar həbsxananı yandırıblar 20 Yanvar 2021, 19:46 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI 20 Yanvar 2021, 19:31 Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı 20 Yanvar 2021, 19:17 Ermənistan Türkiyə ilə sərhəddə təlimlər keçirəcək 20 Yanvar 2021, 19:08 Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb 20 Yanvar 2021, 18:49 Madridin mərkəzində güclü partlayış olub 20 Yanvar 2021, 18:35 Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO 20 Yanvar 2021, 18:28 Tramp Ağ Evlə vidalaşdı - VİDEO 20 Yanvar 2021, 18:20