Modern.az

ABŞ-ın Nümayəndələr Palatasından Trampa qarşı İMPİÇMENT QƏRARI

ABŞ-ın Nümayəndələr Palatasından Trampa qarşı İMPİÇMENT QƏRARI

Dünya

14 Yanvar 2021, 02:59

Yanvarın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar müzakirələr keçirilib.

 

Modern.az xəbər verir ki, müzakirələr zamanı Nümayəndələr Palatası üzvləri Trampı 6 yanvar tarixində baş verən qiyama təhrikçilik etməsində günahlandırıblar.

 

Qeyd olunub ki, keçən həftənin çərşənbə günü etirazçıların Konqresə hücumuna görə məsuliyyət daşıyır. Hücum nəticəsində 5 nəfər insan həyatını itirib. Müzakirələr qurtarandan sonra, Konqres üzvləri impiçment haqqında qətnaməyə səs veriblər.

 

Demokratların Nümayəndələr Palatasında çoxluq təşkil etdiyinə görə, prezidentin impiçmentini təmin etmək üçün tələb olunan səs çoxluğu asanlıqla təmin edilib. Prezidentin impiç olunmasının lehinə 232 Konqres üzvü səs verib, əlehinə 197, 5 nəfər isə səs verməyib. Bu, Trampı ABŞ tarixində Nümayəndələr Palatasında impiçmenti iki dəfə müzakirəyə çıxarılmış ilk prezident edib.

 

Qeyd edək ki, Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması üçün onun Senatda da impiçmentinə dair qərar verilməsi lazımdır, ancaq Respublikaçılar hələ də Senatı yanvarın 20-də keçiriləcək Co Baydenin andiçmə mərasimindən əvvəl tətildən geri çağırmaqla bağlı razılığa gəlməyiblər. Üstəlik, qanunverici orqanın yuxarı palatasının qrafikinə görə, o, yalnız Trampın vəzifə səlahiyyətləri bitdikdən sonra impiçment məsələsinə baxa bilər. Ümumiyyətlə, Senat yanvarın 19-dək səsvermə tələb edən heç bir vacib mövzunun müzakirəsi üçün toplaşmayacaq. Trampın vəzifəsindən getdikdən sonra impiçment ediləcəyi də dəqiq deyil, çünki Konqres tarixində belə bir təcrübə qeydə alınmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü