Modern.az

Ən çox izlənilən videodərslər bu siniflər üzrədir

Ən çox izlənilən videodərslər bu siniflər üzrədir

15 Yanvar 2021, 10:12

Video dərslər portalı (www.video.edu.az) interaktiv texnologiyalar tətbiq etməklə təhsil almaq imkanlarını genişləndirir.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda portalda ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli dərslər olmaqla, ümumilikdə 4528 ədəd videodərs mövcuddur.

 

Portalda 2020-ci il üzrə aktiv istifadəçi sayı 456 min və ümumi baxış sayı isə 6.5 milyonu əhatə edib. Ən çox izlənən video dərslər III sinif üzrə 142 min, IV sinif üzrə 156 min, V sinif üzrə 125 min dəfə təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır