Modern.az

Qusarın Urva kəndi 4-cü şəhidi ilə vidalaşdı - FOTOLAR

Qusarın Urva kəndi 4-cü şəhidi ilə vidalaşdı - FOTOLAR

Qarabağ

15 Yanvar 2021, 19:15

Vətən müharibəsində canından, qanından keçən daha bir hərbçimizin nəşi bu gün Qusara gətirilib.

 

Modern.az rayonun Urva kəndinə-ata ocağına şəhid kimi qayıdan İkraməddin Qüdrət oğlu Arazov kənd qəbristanlığında dəfn olunub. Dəfn mərasiminə Qusar rayon İcra,hüquq-mühafizə orqanlarının,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər və şəhidin ailə üzvləri qatılıb.

 

Qusarın İH başçısı Şair Alxasov şəhidlərin ölməzliyindən danışıb.Bildirib ki, "Qalib Ali Baş Komandanİlham Əliyevin qətiyyəti sayəsində Şanlı Ordumuz 44 gün ərzində möhtəşəm qələbə qazandı. İkraməddin Arazov bu qələbəni bizlərə nəsib edən igidlərimizdən biridir. Onun və bütün şəhidlərin xatirəsi Qusarda da həmişə uca tutulacaq. Onlar indi bütöv bir xalqın əzizidirlər".

 

İkraməddinin cənazəsi bükülmüş Azərbaycan Bayrağı oğlundan əziz bir xatirə kimi atası Qüdrət Arazova təqdim edilib.

 

20 yaşlı əsgər İkraməddin 2019-cu il oktyabrın 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsindən Milli Ordu sıralarına yola düşmüşdü.Əsgər kimi evdən çıxan İkraməddin doğma kəndinə bütün el-obanın fəxri kimi qayıtdı.Ailəli olan iki bacının yeganə- kiçik qardaşı olan İkraməddin ata babasının adını daşıyıb.Qarabağ döyüşləri başlayandan az sonra itkin düşən İkraməddin Arazovun şəxsiyyəti DNT analizinin rəyindən sonra məlum olub. Qeyd edək ki, İkraməddin Arazov 2-ci Qarabağ savaşında Urva kəndinin 4-cü şəhididir. Bundan əvvəl kənd sakinləri Vadim Ələsgərov, Cumart Əlimuradov və Mayıl Kürəbəyov də Vətən müharibəsindən kəndə şəhid kimi dönüblər.

 

Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin!!!Çünki,məhz onların igidliyinin sayəsində Qarabağ azaddır.

 

Aytəkin ALXASLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?