Arxiv
17 Yanvar 2021, 14:44 | DÜNYA
Dünyada ilk dəfə: Türkiyənin “Songar” pulemyotçu-dronu pilotsuz hərbi maşına inteqrasiya edildi

Türkiyənin milli hərbi sənayesi dünyanı heyrətə salan daha bir nailiyyətini nümayiş etdirib. İlk dəfə 2019-cu ildə İstanbulda keçirilən hərbi sənaye sərgisində nümayiş etdirilən, ASİSGUARD şirkəti tərəfindən işlənib hazırlanan, iriçaplı pulemyotla təchiz edilmiş “Songar” pulemyotçu-dronu zirehli avtomobilə inteqrasiya edilib. Beləliklə, dünyanın heç bir ölkəsində mövcud olmayan bu pulemyotçu dron xüsusi təyinatlı qüvvələrin silahlanmasına daxil edilib və həm ölkə içərisində, həm xaricdə aparılan əməliyyatlarda tətbiq olunacaq.

 

“Songar” kvadrokopter-dronu 45 kiloqrama qədər faydalı yük qaldıra bilir və  drona bərkidilmiş iriçaplı pulemyotla kameraları tərəfindən təsbit edilmiş yerüstü hədəflərə sərrast atəş açır. Bundan əlavə, pulemyotçu-dron hədəfə partlayıcı maddə ilə zərbə endirir.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu silahlı dron indi “Amazon” adlı zirehli avtomobilə inteqrasiya edilib. Türkiyənin milli hərbi sənayesinin istehsalı olan “Amazon” zirehli maşınlarının özü də pilotsuz idarə oluna bilir, avtonom olaraq sürücüsüz hərəkət edir və lazım olarsa uzaqdan komanda olunur. “Songar” silahlı dronu avtomobilin üstündə quraşdırılmış xüsusi platformada yerləşdirilib və beləliklə də, avtomobilə hərəkət marşrutu boyu hədəfləri əvvəlcədən aşkar edib zərərsizləşdirmək imkanı yaradıb.

 

Hərbi və təhlükəsizlik məqsədli hər cür əməliyyatlarda iştirak edə bilən, sutkanın istənilən vaxtında uçan “Songar” avtonom eniş-qalxış qabiliyyəti ilə asimmetrik təhdidlərə qarşı hazır vəziyyətdə avtomobilin üzərində gözləyəcək.

“Songar” 3 kilometrə yaxın uçuş radiosunda vəzifələrini icra edə bilir, yəni indiki halda pulemyotçu-dron “Amazon” zirehli maşını üzərindən qalxaraq 3 kilometr radiusda kəşfiyyat və döyüş əməliyyatlarını yerinə yetirə biləcək. Eyni zamanda “Songar” digər pilotsuz uçan aparatlarla qarşılıqlı əlaqədə də fəaliyyət göstərə bilir.

 

Qeyd edək ki, Türkiyə “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi ilə artıq dünyanı təəcübləndirə bilib. Bu döyüş PUA-ları Türkiyənin Suriya və Liviyada həyata keçirdiyi hərbi əməliyyatların gedişatını dəyişdirib, qarşı tərəfi atəşkəsə məcbur edib. Habelə 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” Azərbaycan ordusunun Qarabağda zəfər qazanmasında mühüm rol oynayıb.

 

Türkiyə 2021-ci ildən etibarən daha yüksək taktiki-texniki göstəricilərə və döyüş qabiliyyətinə malik olan “Aksungur” və “Akıncı” pilotsuz kəşfiyyat-döyüş təyyarələrinin də seriya istehsalına başladığını elan edib. Heç bir şübhə yoxdur ki, Azərbaycan öz qalib ordusunu daha da müasirləşdirmək və onun döyüş qabiliyyətini daha da yüksəltmək üçün qardaş ölkənin milli hərbi sənayesinin bu ən son nailiyyətlərindən də yararlana biləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan koronavirusla bağlı qadağaların ləğvindən danışdı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36