Modern.az

Türkiyədə Rusiya gəmisi batdı  

Türkiyədə Rusiya gəmisi batdı  

Dünya

17 Yanvar 2021, 14:51

Türkiyədə Rusiyanın yük gəmisi batıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Bartın vilayətinin valisi bildirib.

 

Vali Sinan Güner deyib ki, Qaradənizin Bartındakı İnkumu rayonu  sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.

 

“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” - deyə vali bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi