Arxiv
18 Yanvar 2021, 13:54 | QARABAĞ
“Füzuli və Ağdamdakı dağıntıları heç yerdə görməmişəm” - Reza Deqati

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, fotojurnalist Reza Deqatinin iştirakı ilə virtual konfrans keçirilib.

 

Konfransda Reza Deqati Azərbaycana ilk səfərindən, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana gedəndə, eləcə də Qanlı Yanvar hadisələrini lentə alanda üzləşdiyi çətinliklərdən danışıb. O, həmin dövrdə Azərbaycan xalqının yaşadığı əzablardan, üzləşdiyi ədalətsizliklərdən söz açıb: “90-cı illərdə Azərbaycanda rastlaşdığım köçkünlər mənə deyirdilər ki, bu ədalətsizliyi dünyaya göstər. On il sonra həmin insanlarla yenidən rastlaşanda, onlar eyni sözləri təkrarladılar. Xalq on illərdir eyni ədalətsizliklə üzləşib. Bütün imkanlardan istifadə edib, Azərbaycan reallıqlarını dünyaya çatdırmalıyıq”.

 

Fotojurnalist Birinci Qarabağ müharibəsi zamanı olduğu şəhərlərə ikinci müharibə vaxtında da getdiyini və gördüyü mənzərələrdən şoka düşdüyün deyib. O, şahidi olduğu mənzərələrin əvvəlki və 30 ildən sonrakı vəziyyətini təsvir edib. Reza Deqati, dünyanın müharibə gedən digər ölkələrinə, şəhərlərinə səfərləri zamanı dağıntıların şahidi olduğunu, lakin Füzuli və Ağdam şəhərlərindəki kimi vəziyyəti heç yerdə görmədiyini diqqətə çatdırıb.





Vurğulayıb ki, düzdür, müharibə gedən yerdə dağıntılar olur, lakin Füzuli və Ağdam şəhərləri ermənilər tərəfindən tamamilə dağıdılıb: “İlk dəfə idi belə mənzərə gördüm. 90-cı illərdə Qarabağdan didərgin salınmış azərbaycanlılar evlərindən heç nə götürə bilmədilər. Ermənilər bu insanların evlərini talan edib, qapıları, pəncərələri söküb satıblar. Füzuli və Ağdamda mənzərə tamamilə fərqlidir. Füzuli şəhərində dağıdılmış divarlar arasında ağaclar bitib. Şəhərə baxanda yalnız ağaclar görünür. Ağdam isə əsl Xirosimadır. Orada yalnız dağıdılmış divarlar görünür. 90-cı illərdə gördüyüm şəhər və kəndlərdən əsər-əlamət qalmayıb.



Fotojurnalist Şuşada Mədəniyyət Evinin ermənilər tərəfindən tamamilə dağıdıldığını, məscidin isə tövləyə çevrildiyini diqqətə çatdırıb. O, Birinci və İkinci Qarabağ müharibələrində çəkdiyi, insanların iztirablarını əks etdirən şəkilləri göstərib.



Reza Deqati, həmçinin Fransa mediasının qərəzliliyindən danışıb, tarazlığa riayət olunmadığını bildirib. O, yerli mətbuat orqanlarına zəng edib Qarabağ müharibəsini işıqlandırmaq üçün getdiyini və onlara da bunu təklif etdiyini desə də, cavab qısa olub: “bizim jurnalistimiz artıq müharibə zonasına gedib”. Fotoqraf həmin jurnalistlərin müharibəni Ermənistan tərəfindən işıqlandırdıqlarını bildirib, müharibədə isə iki tərəfin olduğunu qeyd edib.



Reza Deqati Fransanın TF 1 televiziya kanalının jurnalistini təhqir və kanala hücum edən erməni ekstremist qrupunun 30 ildir ona da hücum etdiyini bildirib: “Fransadakı erməni ekstremist qrupunun üzvləri ölkədə bütün qalereyalara yazıb bildirirlər ki, Rezanın fotolarından ibarət sərgi təşkil etsəniz qalereyanızı dağıdacağıq. İnsan hüquqları ölkəsi olan Fransada 30 ildir ki, erməni ekstremist qrupu mənə hücum edir, fotosərgilərimə mane olurlar”.



Məşhur fotoqraf vurğulayıb ki, Ermənistanın Bərdədə dinc əhalini kasetli bombalarla hədəfə almasını bütün dünya bilməlidir. O, həmçinin Qarabağdan çəkdiyi şəkillərlə bağlı çoxsaylı layihələri olduğunu da diqqətə çatdırıb.



Reza Deqati konfrans iştirakçılarının suallarını cavablandırıb, Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün belə tədbirlərin tez-tez təşkilinin vacibliyini qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu Müslüm Gürsəslə bağlı xatirələrindən danışdı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA 3 mart 2021, 19:11 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 3 mart 2021, 19:09 "Bakcell Arena"da işıqlar söndü, oyun yarımçıq dayandırıldı 3 mart 2021, 18:55 Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək 3 mart 2021, 18:46 Balakəndə itkin düşən azyaşlı tapıldı 3 mart 2021, 18:40 Koçaryan mətbuat konfransı keçirəcək 3 mart 2021, 18:37