Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə bir qrup deputata ünvanladığı sual erməni cəmiyyətində gündəm yaradıb. 

 

Modern.az xəbər verir ki, Paşinyanın "münaqişədən əvvəl Şuşa əhalisinin 90 faizindən çoxu azərbaycanlılar idi. Siz indi deyirsiz 90 faizindən çoxu azərbaycanlılardan ibarət olan Şuşa erməni şəhəridir?" - deyə o, parlamentdə müxalifətçi deputatlara cavabında bildirib. 

Paşinyanın bu sözləri parlamentdə narazılıq yaradıb.

 

Erməni politoloq Qagik Hambaryan baş nazirin bu həqiqəti dilə gətirməsindən sonra “Nikol xəyanətin simvoludur” deyib.