Modern.az

Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI

Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI

Aktual

21 Yanvar 2021, 17:23

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.

 

Bu barədə Modern.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Qeyd olunb ki, səfər zamanı o, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Bunlar iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq), İranın Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr bəyanatı formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı və Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı məsələləridir.

 

İran İslam Respublikası Xarici İşlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi