Arxiv
22 Yanvar 2021, 20:45 | MƏDƏNİYYƏT
Elmlər Akademiyasında nöqsanlar aşkarlandı

Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

 

AMEA-dan Modern.az-a verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, Komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb.

O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.

 

Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb. 

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. 

O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. İnstitutun direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq akademik Adil Qəribova həvalə edilib.

 

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.  Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 

 

2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.  

Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

 

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqi özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan “İsgəndər” raketi barədə dediyi sözləri GERİ GÖTÜRDÜ 1 mart 2021, 13:41 “Suraxanı” gəmi-muzeyinin açılışı oldu - FOTOLAR 1 mart 2021, 13:24 Prezident və birinci xanım Bakı gəmiqayırma zavodundakı mərasimlərdə... 1 mart 2021, 13:20 Prezident yeni inzibati binanın açılışını etdi 1 mart 2021, 13:17 Xarici jurnalistlərin Azərbaycanla bağlı təəssüratları - VİDEO 1 mart 2021, 13:14 Daha bir partiya sədrinə vaksin vuruldu - O da çağırış etdi 1 mart 2021, 13:12 Etirazçılar Yerevanda hökumət binasına daxil oldu 1 mart 2021, 13:11 Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat 1 mart 2021, 13:07 Paşinyan barədə dövlətə xəyanət maddəsi ilə ARAŞDIRMA BAŞLADI 1 mart 2021, 13:04 Salyanda qanunsuz ov edən şəxslər saxlanıldı 1 mart 2021, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 1 mart 2021, 12:58 Dünya mediasını heyran qoyan Lider 1 mart 2021, 12:54 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ 1 mart 2021, 12:50 İran səfirliyi məlumat yaydı 1 mart 2021, 12:46 Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR 1 mart 2021, 12:42 Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs oldu 1 mart 2021, 12:36 DİM bir nəfər üçün imtahan keçirib 1 mart 2021, 12:30 Şamaxı Rəsədxanası işçi axtarır 1 mart 2021, 12:24 AzEdu Təhsil Portalının 3 yaşı oldu 1 mart 2021, 12:18 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı 1 mart 2021, 12:12 Milli Məclisin kişi deputatı: “Ən yaxşı 2-3 aşpaz varsa, onlardan biri mənəm” - MARAQLI 1 mart 2021, 12:06 Brokonyerlər maralı boğaraq öldürdülər - VİDEO 1 mart 2021, 12:00 Azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi 1 mart 2021, 11:57 Qazilərimiz dövlət qayğısı əhatəsindədir! 1 mart 2021, 11:53 Qarlı günlərdən sonra Nərimanovda təmizlik işləri davam etdirilir 1 mart 2021, 11:50 Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR 1 mart 2021, 11:48 Narkotikə görə tutulan şəxsin evindən silah da tapıldı - VİDEO 1 mart 2021, 11:44 Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq - DEPUTAT 1 mart 2021, 11:41 Talış kəndinə getmək istəyən Tərtər sakinləri SAXLANILDI 1 mart 2021, 11:37 Azərbaycanda dəhşətli qətl - bacı qardaşını bıçaqladı 1 mart 2021, 11:33 Baş infeksionist əhaliyə müraciət etdi 1 mart 2021, 11:29 AZƏRTAC-ın 101 yaşı tamam olur 1 mart 2021, 11:24 1 nəfər virusa yoluxdu, 1,5 milyon insan karantinə alındı 1 mart 2021, 11:21 Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat TAPILDI 1 mart 2021, 11:17 DYP-dən sürücülərə xəbərdarlıq - Texniki baxışdan keçməyənlər cərimələnəcək 1 mart 2021, 11:13