Modern.az

Rusiyalı hərbçi Ermənistanda öldü

Rusiyalı hərbçi Ermənistanda öldü

Aktual

23 Yanvar 2021, 11:32

Ermənistanın Gümrü şəhərində ağır qzəa baş verib. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakovun idarə etdiyi “Opel” markalı avtomobillə 83 yaşlı Gümrü sakini Seryoja Hakopyana məxsus “KamAZ” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində “Opel” markalı avtomobildə yanğın baş verib. Xilasedicilər sürücünün yanmış cəsədini avtomobildə tapıblar.

 

Hadisə ilə bağlı cinayət işi açılıb. Məlumata görə, Xomyakov Gümrüdəki Rusiya hərbi bazasında xidmət edirmiş...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı